Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Əhali əziyyət çəkir, iqtisadiyyat itirir, turizm zərər görür, amma... -PROBLEM

İlham İsmayıl: “Quru sərhədlər bağlı olduğu müddətdə soydaşlarımızın gəlib-getməsi üçün yumşalmalar etmək mümkündür”

Yenixeber.org: Mayın 15-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində, 6-sı uşaq olmaqla, 10 nəfər Azərbaycan vətəndaşı sərhəd naryadının sayıqlığı nəticəsində Gürcüstandan Azərbaycan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıb. Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb. Bildirilib ki, fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Vətəndaşlarımızın öz sərhədimizi niyə qanunsuz keçməyə cəhd etdikləri rəsmi şəkildə açıqlanmasa da, ehtimallara görə, onlar Vətənə gəlmək üçün təyyarəyə bilet almaq imkanında olmayıblar. Ölkəyə ucuz gəliş yolu – quru sərhədləri isə bağlıdır. Ekspertlərin sözlərinə görə, üst-başlarından kasıb insanlar olduqları sezilən vətəndaşlarımız çarəni sərhədi qanunsuz şəkildə keçməkdə görüblər. Onu da bildirək ki, bir müddət əvvəl də öz vətəndaşlarımız sərhədi qanunsuz keçməyə cəhd göstərərkən saxlanılmışdılar.

Baş verən hadisələr yenidən ölkənin quru sərhədlərinin açılması məsələsini gündəmə gətirib. Xatırladaq ki, Azərbaycanın quru sərhədləri 2020-ci ilin mart ayından, koronavirus pandemiyası başlayandan sonra bağlanıb. Pandemiyaya görə tətbiq olunan məhdudiyyətlərin hamısı aradan qaldırılsa da, Nazirlər Kabineti quru sərhədlərini xüsusi karantin rejimini uzatmaq qərarı ilə bağlı saxlayır.

Aprelin 23-də Prezident İlham Əliyev quru sərhədləri məsələsinə toxunarkən bildirmişdi ki, bu, ölkənin təhlükəsizliyi məsələsi ilə də bağlıdır: “Sərhədləri bağlı saxlamaq qərarı koronavirusa görə verilib. Biz hələ də formal olaraq karantin fazasındayıq. Lakin eyni zamanda, açıq danışaq, sərhədləri bağlı saxlamaq qərarı təkcə ona əsaslanmır. Sərhədlərin bağlı olması azərbaycanlılar, sərhədlərin digər tərəfində yaşayan azərbaycanlılar və digərləri üçün əlverişsiz olsa da, milli təhlükəsizlik bütün digər hisslərdən, bütün başqa səbəblərdən üstün olmalıdır. Xüsusilədə indiki zamanda. Şimal sərhədimizdə müharibə var. Cənub sərhədimizdə böhrandır. Təzə münaqişələr də ki, yağışdan sonra göbələk kimi peyda olur. Düşünürəm ki, Azərbaycan xalqı bunu anlayır”.

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl mövzu ilə bağlı suallarımızı cavablandırarkən deyib ki, bu, kifayət qədər mürəkkəb məsələyə çevrilib:

- Təhlükəsizlik məsələləri elədir ki, Prezidentin də dediyi kimi, açıqlanan və açıqlanmayan məqamlar var. Bizim əsasən üç ölkə ilə quru sərhədlərimiz var – Gürcüstan, Rusiya və İranla. Naxçıvan istiqamətində Türkiyəyə gediş-gəlişdə isə məhdudiyyətlər olsa da, sərt deyil, gedib-gəlmək olur. Nəzərə almaq lazımdır ki, Gürcüstanda xeyli soydaşımız yaşayır, eləcə də onların xeyli qohum-əqrəbası Azərbaycanda yaşayır, onların gediş-gəlişi problemlidir. Rusiyada da xeyli soydaşımız yaşayır ki, anoloji problem bu ölkə ilə də yaşanır. Həm də təyyarə ilə gediş-gəlişdən quru yol daha ucuz başa gəlir. Amma ölkənin təhlükəsizliyi məsələsi də aktualdır. Bunu nəzərə almaq lazımdır.

- Bir mütəxəssis kimi necə düşünürsünüz, hökumət hansı təhlükəni nəzərdə tutur?

- Gürcüstan tərəfindən xüsususi təhlükə gözlənilmir. Əlbəttə, başqa bir ölkənin vətəndaşı, vətəndaşları Gürcüstan vasitəsilə təhlükə yarada bilər. Mən bunu məsələyə sırf peşəkar yanaşma baxımından deyirəm. Məsələn, hansısa ölkənin vətəndaşı Gürcüstana gələ, oradan Azərbaycana daxil olub hansısa hadisə törədər, hansısa fəaliyyət göstərə bilər. Amma Gürcüstandan Azərbaycana kütləvi köç, kütləvi gəliş gözlənilmir. Rusiya və İranla bağlı məsələ isə bir qədər fərqlidir. Nəzərə almaq lazımdır ki, Rusiya bu gün Ukrayna ilə müharibəni davam etdirir. Bilirik ki, Rusiyada yaşayan soydaşlarımızın müəyyən bir hissəsi müharibə səbəbindən geri qayıtmaq istəyir. Müharibədə iştirak etmək istəməyən kişilər, xüsusilə də gənclər Azərbaycana gəlmək yolunu seçə bilərlər. Ola bilsin ki, Azərbaycan hökuməti bunun kütləvi hal almaması üçün quru sərhədi bağlı saxlamaq qərarını verib. Çünki kütləvi qayıdanlardan üçüncü qüvvələr istifadə edə bilərlər. Düşünürəm ki, Ukrayna müharibəsi ilə əlaqədar Rusiya ilə sərhədlərin qapalı saxlanılması hökumət tərəfindən məqsədəuyğun sayılıb. Söhbət təkcə soydaşlarımızın qayıdışından yox, həm də Rusiya vətəndaşlarının buraya gəlişindən gedir. Şimali Qafqazda radikal dini qruplar var ki, onlar terror təşkilatları ilə əlaqəlidirlər, terrora meyillidirlər.

Bu məsələləri cənub sərhədimizə - İranla sərhədimizə də aid etmək olar. Nəzərə almaq lazımdır ki, İrandan da radikal dini qrupların gediş-gəlişi geniş vüsət ala bilər. Eyni zamanda, İsrail - HƏMAS müharibəsi hələ də davam edir. Yaxın Şərqdəki problem İsrail - HƏMAS müstəvisindən çıxıb. Bu mənada, cənub sərhədləri ilə bağlı da bir qədər təlaşımız var. Hesab edirəm ki, dövlətin təhlükəsizliyi məsələsinə görə quru sərhədlərinin bağlı saxlanılması dedikdə bunlar nəzərdə tutulur. Əlbəttə, daha dəqiqini dövlət rəhbərliyi bilir. Təhlükəsizlik orqanlarında, dövlət başçısında hansısa məlumatlar var ki, sərhədlərin bağlı qalması qərarı hələ də qüvvədədir.

- Maraqlı məqam ondan ibarətdir ki, sərhədçilər, gömrükçülər hava limanlarında da var və nəzarət edirlər. Həmin funksiya quru sərhədində də həyata keçirilirsə, o zaman hansısa terrorçunun, təxribatçının ölkəyə daxil olmasını niyə quru sərhədində əngəlləmək çətin olsun ki?

- Söhbət əngəlləməkdən getmir. Əlbəttə, təhlükəsizlik strukturları istər hava, istər quru, istər dəniz sərhədlərinə nəzarət edirlər. İstisna etmək olmaz ki, hansısa təxribatçı, terrorçu quru yox, hava nəqliyyatı vasitəsilə də ölkəyə daxil ola bilsin. Məncə, məsələ quru sərhədindən daha çox insanın gedib-gəlməsi ilə bağlıdır. Hökumət kütləvi gediş-gəlişi yəqin ki, məqsədəuyğun saymır. Hər halda dövlətin təhlükəsizliyi məsələsi daha vacibdir. Bəzən sosial şəbəkələrdə bu mövzu ətrafında manipulyasiyalar edilir. Bəzən iddia edənlər olur ki, AZAL-ın varlanması üçün quru sərhədlər bağlıdır. Amma düşünmürəm ki, bu məsələnin rolu var. Yenə də deyirəm, dövlətin ali rəhbərliyi bunun təhlükəsizlik məsələsi ilə bağlılığına işarə vurdu. Bəzən təhlükəsizliklə bağlı hansı problemlərin yarana biləcəyini detallı izah etmək olmaz.

- Amma insanlar da bundan çox əziyyət çəkirlər...

- Əlbəttə, bu vəziyyət insanlara da, iqtisadiyyata da mənfi təsirlərini göstərir. Turizm sahəsinə daha mənfi təsir edir. Eyni zamanda, qonşu ölkələrdə yaşayan soydaşlarımızın gediş-gəlişinə çətinliklər yaradır. Məsələn, əslən Borçalıdan olan, amma Bakıda yaşayan azərbaycanlı doğmalarının toyuna, yaxud yasına gedə bilmir. Təyyarəyə bilet almağa maddi imkanı çatmayan insanlar var ki, illərdir doğmalarının üzünə həsrətdirlər. Məncə, quru sərhədlər bağlı olduğu müddətdə soydaşlarımızın gəlib-getməsi ilə bağlı məhdudiyyətlərdə yumşalmalar etmək mümkündür. Məsələn, Gürcüstana, yaxud da Rusiyaya getmək istəyən vətəndaş niyə getməyin vacib olduğunu, təyyarə ilə getmək imkanının olmadığını əsaslandıra və belə adamlara güzəşt tətbiq oluna bilər. Bütün hallarda, quru sərhədləri ömürlük bağlı qala bilməz. Bir dönəm var ki, bu dönəmdə belə məqsədəuyğun sayılıb. Ola bilər ki, payızda keçiriləcək COP29 tədbirindən sonra quru sərhədlərinin açılması qərarı verilsin. Amma indi hökumətin mövqeyini analiz etdikdə, yaxın zamanlarda quru sərhədinin açılması qərarının verilməsi gözlənilmir.(AYNA)

Anar Bayramoğlu

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam