Redaktor seçimi
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Günün xəbəri

“Gəlinim mənim kimi fədakar, cəfakeş olsun”

Əməkdar artist Xumar Qədimova oğlundan danışıb.

Yenixeber.org: İfaçı övladının onun kimi bir xanımla ailə qurmaq istədiyini deyib. Bu barədə sənətçi “Qonaqcanlı” verilişində söz açıb.

“Oğlum deyir ki, sənin kimi biri olmağını istəyirəm. Deyirəm, Uğur, (red. - oğlu) onu haradan tapacağam? Mənim kimisi yoxdur. İstəyirəm o, mənim qızım olsun. Gəlin nədir? Unudum ki, o mənim gəlnimdir. Qızımdır, evimdir, eşiyimdir, hər şeyimdir. “Kadınsı” olsun. Mənim kimi sadiq, fədakar, cəfakeş, düzgün olsun. Onu qətiyyən qısqanmaram. Sadaladıqlarım olsa, o qıza canımı, ürəyimi də verərəm. Mən bunu dəfələrlə deyirəm ki, mənim üçün bioloji tərəf, qan qohumluğu heç də vacib deyil. Nə olsun qanımdan, canımdan deyil, o, mənim qızımdır. Əgər bizim istədiyimiz, qəbul etdiyimiz bir insan olsa, o, mənim balamdır”, - deyə, o, söyləyib.

Qeyd edək ki, Xumar Qədimovanın oğlu Uğurun 29 yaşı var. (OLAY)



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam