Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

DİN-dən xaricdə təhsillə bağlı-Xəbərdarlıq

 

Daxili İşlər Nazirliyi (DİN) vətəndaşlara xarici ölkələrdə təhsil almaqla bağlı göndərilən təklifləri cavablandırmazdan öncə mütləq dələduzluq halları ilə bağlı araşdırma aparmağı tövsiyə edib.

Yenixeber.org xəbər verir ki, bununla bağlı nazirliyin yaydığı xəbərdarlıqda deyilir.

Qeyd olunur ki, xarici ölkələrdə təhsil almaq arzusunu reallaşdırmazdan öncə bu məlumatları bilmək vacibdir: “Əgər sizə xarici ölkədə təhsil almaq təklif olunarsa, bu, söz halında həyata keçirilməməli, mütləq rəsmi müqavilə təqdim edilməlidir. Həmçinin siz xaricdə təhsil almağa gedirsinizsə, viza tələbə vizası olmalıdır.

Təhsil almağa gedəcəyiniz ölkənin nümayəndəliyi Azərbaycanda yerləşirsə, mütləq oraya rəsmi müraciət edərək sizə təklif olunan təhsil müəssisəsi barədə məlumat alın. Əgər həmin ölkənin nümayəndəliyi ölkəmizdə fəaliyyət göstərmirsə, onda Azərbaycanın Elm və Təhsil Nazirliyinə müraciət edib sizi maraqlandıran məlumatları dəqiqləşdirməyi unutmayın”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam