Redaktor seçimi
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Günün xəbəri

MİQ-ə sənəd verənlərə çağırış: kömək üçün bu ünvanlara gedin! -SİYAHI/FOTO

 

Xəbər verdiyimiz kimi, dünəndən - 15 maydan etibarən 2024–2025-ci tədris ili üçün keçiriləcək dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə (MİQ) müsabiqənin elektron sənəd qəbulu mərhələsinə start verilib. Müsabiqə üzrə qeydiyyat prosesi bir həftə - 22 may saat 11:00-dək davam edəcək.

Yenixeber.org-un məlumatına görə, Azərbaycan Respublikası Təhsil İnstitutunun nəzdində İnsan Resursları Mərkəzi MİQ imtahanlarında iştirak etmək istəyən namizdələrə “Digital Login” qeydiyyatı ilə bağlı çağırış edib.
 
Bu il mübiqədə iştirak üçün yenilik tətbiq olunub. Belə ki, namizədlər “Digital Login” əldə etdikdən sonra www.miq.edu.az saytına daxil olaraq qeydiyyatdan keçə bilərlər. Müşahidələr göstərir ki, namizədlər “Digital Login” əldə etməklə bağlı problem yaşayır, çətinlik çəkirlər.

Bildirilib ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Agentliyin yerli bölmələrində MİQ-ə elektron sənəd qəbulu üçün namizədlərə kömək məqsədilə əməkdaşlar fəaliyyət göstərir.

Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu prosesi istiqamətində müraciət edə bilərlər.

Həmin ünvanları təqdim edirik:


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam