Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Mənim səhvim

 

(kiçik hekayə)

Yenixeber.org: Həyətimizdəki oturacaqda oturub qəzet oxuyurdum.Qəfildən qəzetin üstünə kölgə düşdü.Gözümü qəzetdən ayrıb,başımı qaldırdım.Başımın üstündə boy-buxunlu,yaraşıqlı bir cavan oğlan dayanmışdı.Ədəb-ərkanla salam verdi,əleykisini aldı.Yanımda oturmaq üçün icazə istədi.Cavan oğlandakı ədəb-ərkanı,mərifəti görüb öz-özümə: “Ə,Məmməd, deyirdin indiki gənclərdə ədəb-ərkan yoxdur,böyük,kiçik yeri bilmirlər.Daş atıb başını tuturdun.noldu? Qarşındakı gənci görmürsən? Maşallah,ədəb-ərkan sahibidir”-deyib özümü qınadım.Və gənci ayaqüstə çox saxlamayıb,bir az da danışığıma yumor qatıb dedim:-Oğlum,buyur otur.Şükür ki,oturacaq hələ özəllişdirilməyib.Hər birimizin burda oturmaq haqqımız var.Gənc mənim belə danışmağımdan sevindi və dedi:-Əmi,mən tələbəyəm.Bu binanın dördüncü qatında kirayədə oluram.Adım da Zahiddir.Mən də adımı deyib bir-birimizin əlini sıxdıq.Və bu tanışlıqdan məmnun olduğumuzu bildirdik

Mən yenidən qəzetdə yarımçıq qoyduğum səhifədəki xəbəri oxumağa başladım.Gənc yenidən dilləndi:-Əmi,siqaret çəkə bilərəm?

-Buyur oğlum,açıq havadır, çək.Doğrusu istədim: “Bala,siqaret çəkmə,ondan hələ xeyir tapan olmayıb.Pis vərdişdir,tərgit getsin”-deyəm.Ancaq demədim.Özümün siqaret çəkdiyim illər yadıma düşdü.Hətta bir ara müğənnilərlə,xanəndələrlə oturub durduğum adamlar gözümün önünə gəldi.Onda cavan idim, yerişim-duruşum qaydasındaydı,indiki kimi bərbad deyildi.Arzum onlardan muğam oxumağı öyrənmək idi.Amma olardan öyrəndiyim çox təəssüf ki,muğam oxumaq yox,qəlyan çəkmək oldu.Beləcə otuz il fasiləsiz qəlyan çəkdim.Doğmalar dedi,qonum-qonşu dedi:-Bu zəhirmarı az çək,iyiylə bizi qırdın.Heç kimi eşitəmədim,əksinə daha da qızışıb günə bir torba təmbəki çəkdim.Heç yadımdan çıxmaz.Bir dəfə payız aylarının birində sahil bağında elə həmin uşaqlarla gəzişirdik.Yəni xanəndələrlə.Məni xanəndə bilib bir nəfər mənə yaxınlşıb dedi:-Qardaş,doldur ver mən də çəkim.Boğazım quruyub.Nə deyəydim? Razılaşdım.Dedim:-Buralarda ol,əlimdəkini çəkim,doldurub verərəm,çəkərsən.

Hekayəmizin əvvəlində qeyd elədiyim kimi payız ayıydı,ağaclar yarpaqlarını töküb,tam lütlənmişdilər.Dibləri dolu xəzəl idi.Mənim də kisəmdə iki dəfə çəkiləcək təmbəki qamışdı.Neyləyəcəyimi götür-qoy elədim.Çinar ağacının altında fikirləşəndən sonra birdən sevincək “evirka”deyə çırtıq çaldım Yerə tökülmüş xəzəldən qəlyanı doldurub geri qayıtdım və qəlyanı həmin adama verdim.O,qəlyanı yandırıb,dərin bir qullab vurdu.Və məndən soruşdu:

 -Bəy,bu tənbəki hansı sortdandır?

-Çinarella sortundandır.

-Deyirəm axı,tüstüsü dik qalxır.

   Ötən günlərdən ayrılıb geri qayıtdım.Gözümün altından oğlanı süzdüm.Dedim görüm siqaretin kötüyünü hara atacaq-zibil qabına,yoxsa yerə? Oğlan siqaretin kötüyünü bir metirlikdəki zibil qabına yox,yerə atdı.Cin vurdu başıma,necə vurdu bunu bir Allah bildi,bir də mən bəndəsi.İstədim dişimin dibindən çıxanı oğlanın üstünə yağdırım.Ancaq yağdırmadım.İçtimai qınağın faydasız olduğunu bilib susdum.Ona görə ki,indi ictimai qınaq leksionumuzdan çıxmışdı.Bir də ağrımaz başıma dəsmal bağlamağı artıq saydım.Canımdan qorxdum.Heç nədən xırda bir sözə,irada görə döyüləni,söyüləni,hətta qanına qəltan olanları çox görmüşdüm.Sanki qəfildən göy güruldadı,şimşək çaxdı,şıdırığı yağış yağdı dağ çayına güclü sel gəldi oğlana olan hüsnrəğbətimi  nəriltiylə süpürüb apardı.Bəlkə də bu yerdə susmağım mənim həyatımda ən böyük səhvim idi.

Məhərrəm Şəmkirli.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam