Redaktor seçimi
Saleh Məmmədovun "gözqamaşdıran" biznesi -
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Günün xəbəri

ABŞ Ukraynaya gizli silah göndərib:Rusiyaın nüvə zərbəsi dünya savaşına keçid olacaq

Ağ Evin Ukrayna savaşı ilə bağlı bütün “qırmızı cizgiləri” keçməsindən Kremldə də məlumatlıdırlar, ona görə də, bu müharibə ətrafındakı situasiya tədricən daha təhlükəli istiqamətlər almağa başlayıb... Fransa prezidenti Emmanuel Makron və Qərbdəki digər avantüristlər NATO-nu Rusiya ilə hərbi toqquşmalara çəkməyi bacararlarsa, onda, yeni qlobal savaş qaçılmaz ola bilər...

Yenixeber.org: Ukrayna savaşı ətrafında yaranmış situasiyanın qlobal müharibəyə çevrilmə ehtimalı artir. Belə ki, son geopolitik proseslər Ukrayna savaşının daha geniş areala yayılma təhlükəsi yaratmaqdadır. Xüsusilə də, bəzi NATO dövlətlərinin avantürist davranışları üçüncü dünya müharibəsinin demək olar ki, təməlini atmağa başlayıb. Və belə situasiya istər-istəməz dünyanın gələcək taley ilə bağlı ciddi narahatlıqlar doğurur.

Onu da qeyd etmək lazımdır ki, hazırda beynəlxalq avantürizmin avanqard qüvvəsi rolunda məhz Fransa çıxış edir. Bu ölkənin prezidenti Emmanuel Makron hər imkanda bəşəruyyəti böyük fəlakətlərə düçar edə biləcək manevrlərlə diqqəti çəkir. Hər halda, prezident Emmanuel Makron Ukraynaya NATO hərbi kontingentinin göndərilməsi ilə bağlı təhlükəli ideyanın əsas müəllifidir. Və Fransa prezidenti Avropa ümumi ordusunun yaradılması ilə Rusiyaya qarşı müharibəyə hazırlaşmaq çağırışlarına da müəlliflik edir.

59ccd203f93033ad15819b1dd60c3a15.jpg (332 KB)

Maraqlıdır ki, prezident Emmanuel Makronun çağırışlardan artıq real addımların atılmasına keçdiyi barədə məlumatlar da mövcuddur. Belə ki, ABŞ müdafiə naziri müavininin keçmiş köməkçisi Stiven Brayen Fransanın avantürist addımını artıq ifşa edib. Onun dediyinə dörə, Fransa ordusunun hərbi hissəsi artıq Ukraynaya göndərilib. Stiven Brayen onu da vurğulayıb ki, Fransa Ukraynaya ilkin mərhələdə təxminən 1500 nəfərlik hərbi kontingent göndərmək niyyətindədir.

Ancaq nə qədər gözlənilməz olsa da, Fransa prezidenti Emmanuel Makronun ABŞ siyasi dairələrində də müdafiəçiləri mövcuddur. Belə ki, ABŞ Konqresindəki demokratların lideri Xakim Ceffris təxminən oxşar çağırışlarla çıxış etməyə başlayıb. Onun fikrincə, ABŞ Rusiya-Ukrayna savaşına müdaxilə etməlidir. Demokrat-konqresmen hesab edir ki, ABŞ əvvəl-axır Ukraynaya hərbi kontingent gördərməli olacaq: “Ukraynanın məğlub olmasına imkan vermək olmaz. Əgər, bu təhlükə reallaşarsa, ABŞ yalnız maliyyəsi deyil, həm də ordusu ilə Ukrayna savaşına qatılmaq məcburiyyətində qala bilər”.

Onu da nəzərə almaq lazımdır ki, bu fikirləri söyləyən məhz Bayden administrasiyasına yaxınlığı ilə seçilən demokrat-konqresmendir. Onun demokratların parlament lideri kimi, Ağ Evdən müəyyən məlumatlar almaq imkanları da olmamış deyil. Bu baxımdan hesab etmək olar ki, ABŞ ordusunun Ukraynaya göndərilməsi ilə bağlı variant ehtimal səviyyəsində də olsa, hər halda, Ağ Ev kluarlarında müzakirə edilir. Və ona görə də, belə müzakirələrin nə vaxtsa, real addımlarla müşayiət oluna biləcəyi isə qətiyyən istisna deyil.

36de0ffc80ce24b4ee7a3a1d0ecb9eb4.jpg (113 KB)

Maraqlıdır ki, ABŞ-ın “Politico” nəşri ABŞ-ın Ukrayna savaşı ilə bağlı “qırmızı cizgiləri” artıq çoxdan keçdiyini iddia edib. Həmin iddiaya görə, ABŞ uzaqmənzilli ATACMS raketlərini məxfi şəkildə Ukraynaya göndərib və bu silahdan Rusiyaya qarşı istifadə də olunub. Və bundan sonra Ukraynaya NATO hərbi kontingentinin göndərilməsi, eləcə də, nüvə savaşı barədə danışmaq mümkündür.

Bayden administarsiyasının yüksəkrütbəli və adının gizli qalmasını istəyən təmsilçisi Ukraynanın Rusiyanın dərinliklərinə, eləcə də, Krıma endirdiyi zərbələrin, məhz bunun sayəsində mümkün olduğunu vurğulayıb. Onun fikrincə, həmin raketlərin Ukraynaya gizli şəkildə göndərilməsi məhz prezident Co Baydenin razılığı ilə baş verib. Və bu baxımdan, NATO-Rusiya savaşı başlayarsa, bunun siyasi məsuliyyəti ilk növbədə ABŞ prezidenti Co Baydenin üzərinə düşəcək.

Bəzi iddialara görə, Ağ Evin Ukrayna savaşı ilə bağlı “qırmızı cizgiləri” keçməsindən Kremldə də məlumatlıdırlar. Ancaq Rusiyanın siyasi dairələri bu mövzu ilə bağlı mümkün qədər təmkinli və ehtiyatlı mövqedən çıxış etməyə üstünlük verirlər. Hələlik, Kreml Rusiyanın Qərbdə heç bir dövlətə qarşı təhlükə törətmədiyini vurğulamaqla, kifayətlənir. Eyni zamanda, Kreml Qərb ölkələrinin də Rusiyaya qarşı yeni savaşa cəhd göstərməyəcəyinə təminat verməlidir. Və Kreml Qərb ölkələrindən Rusiya ilə yeni şərtlər daxilində anlaşmağı tələb edir.

1665217208.jpg (64 KB)

Böyük ehtimalla Rusiyanın bundan sonrakı davranışları Kremlin bu tələblərinə Qərbin verəcəyi reaksiyadan asılı ola bilər. Yəni, Qərbdə NATO-nu Rusiya ilə savaşa çəkən dairələr oyundankənar vəziyyətə salınarsa, Kreml bu halda, sülh masası arxasında öz geopolitik maraqlarını xilas edə biləcəyinə hələ də ümid bəsləyir. Əks haldasa, Kremlin Ukraynaya uzaqmənzilli raketlərin verilməsindən Qərbə qarşı daha sərt addımlar üçün bəhanə kimi istifadə edə biləcəyi istisna deyil. Və bu halda, Fransanın Ukraynaya hərbi kontingent göndərməsi də Rusiyanın Qərb ölkələrinə cavab zərbələrinə legitimlik qazandıra bilər.

Göründüyü kimi, Ukrayna savaşı ətrafında situasiya tədricən təhlükəli istiqamətlər almağa başlayıb. Bundan sonra prezident Emmanuel Makron və Qərbdəki digər avantüristlər NATO-nu Rusiya ilə hərbi toqquşmalara çəkməyi bacararlarsa, onda, yeni qlobal savaş qaçılmaz ola bilər. Nəticədə bəşər tarixi növbəti dünya müharibəsi ilə üzləşməli olacaq. Üstəlik, bu savaşda məlum olanlardan tamamilə fərqli və daha böyük fəlakətlər törədə biləcək gizli silah növlərindən istifadə ediləcəyi qətiyyən şübhə doğurmur. Və bu baxımdan, artıq məxfilyi qalmayan nüvə silahı da onların sırasına daxildir.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam