Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

ACF-nin idman direktoru: Hazırkı yeniyetmə cüdoçuların itib-batmasını istəmirik

 

İstəyirik ki, bu cüdoçularımız böyüdükcə "yanmasınlar", itib-batmasınlar. Əsas hədəfimiz onları qorumaq və 2028-ci il Los-Anceles Yay Olimpiya Oyunlarında daha yaxşı nəticə göstərməkdir.

Yenixeber.org: Bu barədə Azərbaycan Cüdo Federasiyasının (ACF) baş katibinin müavini və idman direktoru Kamran Talıbov Göygöldə keçirilmiş yeniyetmələr arasında Avropa Kubokunda medal qazanmış cüdoçularla bağlı danışarkən deyib.

ACF rəsmisi Azərbaycan millisinin yaxşı potensiala malik idmançılarının olduğunu bildirib: "Yeniyetmələr həm texniki cəhətdən zəngindirlər, həm də fikizi cəhətdən güclüdürlər. Əsas məqsədimiz odur ki, onları gənclərə, oradan isə böyüklərə istədiyimiz kimi ötürə bilər. Hazırda federasiya olaraq bunun üzərində işləyirik".

Yığmanın medal sıralamasında birinci olduğunu xatırladan idman direktoru turnirin təşkilatçılığı barədə də danışıb: "Avropa Cüdo Birliyinin idman komissarı Albert Qmayner bildirdi ki, bu yarış təşkilatçılıq və idmançıların rəqabəti baxımından yeniyetmələr arasında Avropa Kubokunun bütün seriyaları arasında ən güclüsüdür. Belə turnirlər bir neçə ölkələrdə keçirilir. O bildirdi ki, ən yaxşısı məhz Göygöldə olur. Buradakı idmançılar sonra Avropa çempionatında qüvvələrini sınayacaqlar. Bolqarıstanda da güclü rəqabət görəcəyik".

Qeyd edək ki, Azərbaycan millisi yarışı 14 medalla başa vurub. Komanda 4 qızıl, 1 gümüş və 9 bürünc mükafata sahib çıxıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="679" height="382" src="https://www.youtube.com/embed/kZYTbJNbayU" title="“Bu, İran üçün qəbuledilməzdir!” - ABŞ-yə xəbərdarlıq, İrana isə təşəkkür mesajı..." frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam