Redaktor seçimi
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Günün xəbəri

Sadır Japarov Azərbaycanla imzalanan sənədlərin əhəmiyyətindən danışıb

“Bu gün qəbul olunan strateji tərəfdaşlıq əlaqələrinin qurulmasını nəzərdə tutan birgə bəyanat ikitərəfli münasibətlərimizin daha da möhkəmləndirilməsinə şərait yaradır”.

Yenixeber.org: Məlumata görə, bunu Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimində deyib.

O, həmçinin ölkəsinin sabah Ağdamda təməli qoyulacaq orta məktəb binası inşa etmək təşəbbüsünün münaqişələrdən əziyyət çəkən regionlarda sülhün bərpasına verdiyi töhfə olduğunu bildirib.

S. Japarov bildirib ki, danışıqlarda Qırğızıstan-Azərbaycan arasında İqtisadi və Humanitar Əməkdaşlığa dair Birgə Komissiyasının iclasının keçirilməsi barədə də razılıq əldə olunub.

Qırğız Respublikasının Prezidenti müzakirələrdə eyni zamanda qarşılıqlı ticarət dövriyyəsinin artırılması, eləcə də əməkdaşlığın gələcək perspektivləri, habelə, Mərkəzi Asiya və Cənubi Qafqazdan keçən beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafına dair məsələlərə də toxunulduğunu bildirib, imzalanan sənədlərin əhəmiyyətindən danışıb:

"Bu gün müxtəlif sahələrdə birgə fəaliyyətə dair bir sıra sənədləri də imzaladıq. İmzalanan sənədlərin arasında Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasında əməkdaşlığın inkişafına dair imzalanan və ortamüddətli perspektivdə ikitərəfli əməkdaşlığın inkişafında yol xəritəsi qismində istifadə olunacaq beşillik kompleks fəaliyyət proqramını da qeyd etmək istəyərdim. Eyni zamanda Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasında ikitərəfli vergitutmadan imtina və gəlir vergisinin ödənilməsindən yayınmanın qarşısının alınmasına dair imzalanan və hər iki ölkənin təsərrüfat subyektləri arasında birgə iqtisadi fəaliyyətin həyata keçirilməsində mühüm əhəmiyyət daşıyan razılaşmanı da qeyd etmək istəyərdim. Biz mədəni-humanitar sahədə əməkdaşlığın inkişafından məmnun olduğumuzu bildirdik", o deyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam