Redaktor seçimi
Saleh Məmmədovun "gözqamaşdıran" biznesi -
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Günün xəbəri

PAŞİNYANI DEVİRMƏK PLANI İŞƏ SALINIB - Erməni kilsəsi hakimiyyəti Paşinyanın öz üsulu ilə yıxmağa çalışır

Keşiş Baqrat Ermənistan müxalifətinin yeni “liderinə” çevrilib

Yenixeber.org: İstər seçkilərdə, istərsə də ümumilikdə siyasi mübarizədə fiaskoya uğramış rusiyapərəst və revanşist erməni müxalifəti bu dəfə erməni kilsəsini qabağa vermək qərarına gəlib. Son günlər Qazaxın 4 kəndinin qaytarılmasına dair razılaşmadan və sərhədlərin demarkasaiyası prosesinin başlanmasından Paşinyan hakimiyyətinə qarşı istifadə etmək cəhdinə erməni kilsəsi başçılıq etməyə başlayıb.

Açıq-aşkar siyasi mübarizəyə qoşulan və Tavuş rayonundakı etirazları qızışdıran erməni kilsəsinin arxiyepiskopu Baqrat Srbazan(Qalstanyan) ermənilərin dini lideri II Qareginin xeyir-duası ilə hərəkət etdiyini bəyan edib: “Müqəddəs Eçmiədzinin başçısı həmişə bizimlədir. Biz Patriarx həzrətlərinin xeyir-duası olmadan hərəkət etmirik. Erməni patriarxı bizim atamızdır, bizə xeyir-dua verir və bizə rəhbərlik edir”.


Qeyd edək ki, Ermənistan hakimiyyətinə yaxın mətbuat Tavuş yeparxiyasının rəhbəri olan Baqratın Rusiya kəşfiyyatının agenti və Rusiyanın “beşinci kalon”unun nümayəndəsi olduğunu yazır. Bunda da əlbəttə ki, təəccüblü və qeyri-adi heç nə yoxdur...

Sözügedən keşiş məlum kəndlər ətrafında aksiyalar keçirməklə kifayətlənməyib və paytaxt İrəvana doğri yürüşə başladığını elan edib. Artıq erməni kilsəsinin bir çox nüfuzlu təmsilçiləri Baqrata açıq dəstək bəyanatları veriblər.

“Müqəddəs Qardaşıma tam dəstəyimiz var”. Bunu Şirak yeparxiyasının rəhbəri Mikael Adjapaxyan deyib. Oxşar bəyanatlarla çıxış edən kilsə xadimləri kifayət qədərdir və onların sayı durmadan artır.


Həmçinin, Rusiyanın təsir agentləri olan keçmiş “dövlət xadimləri” də erməni keşişinə dəstək verirlər. Məsələn, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru vəzifəsini icra edən Mikael Ambartsumyan bildirib ki, o, Baqrat Srbazanın yanında olacaq: “Mən Baqrat Srbazana inanıram və onun yanında olacağam. Qoy polis məni də vursun... İnanmaq istəmirəm ki, güc strukturlarının rəhbərləri bu gün Vətənimizlə bağlı baş verən hər şeyi düzgün hesab edib, yenə də buna töhfə verəcəklər...”

Müxalif siyasi partiyaların təmsilçiləri, hətta deputatlar da keşiş Baqratın yürüşünə qatılmağa başlayıblar. Artıq “Ermənistan” blokunun deputatı Qarnik Danielyan və “Xalq birliyi” partiyasının lideri Suren Petrosyan yürüşə qatıldıqlarını elan ediblər. Keşiş Baqrat digər siyasətçilərin, partiyaların da ona qoşulduqlarını və qoşulacaqlarını deyib



Erməni mətbuatı yazır ki, ümumiyyətlə, Baqrata İrəvana yürüş ideyasını sabiq prezident və hərbi cinayətkar Robert Koçaryan verib. Öz başı yeni heç nə icad edə bilməyən Koçaryan bu üsulu hazırkı Baş nazir Nikol Paşinyandan götürüb.

Belə ki, 2018-ci ildə Paşinyan məhz bu üsulla İrəvana doğru yürüşə başlamış, qısa müddətdə yüz minlərlə insanı İrəvana toplamış və Sarqsyan hakimiyyətini devirməyə müvəffəq olmuşdu. İndi revanşist, rusiyapərəst qüvvələr eyni üsulla, özü də kilsəni qabağa verərək, buna nail olmaq istəyir.

Lakin hadisələrin gedişi göstərir ki, erməni cəmiyyətinin böyük hissəsi üçün 4 kəndin qaytarılması və sərhədlərin müəyyən edilməsi prosesi Paşinyan hakimiyyətini devirmək üçün motivasiya deyil. Ona görə də nə keşişin yürüşünə, nə də müxalifətin çağırışlarına ciddi, kütləvi dəstək yoxdur. Demək olar, bütün Qərb institutları və dövlətlərinin dəstəklədiyi sərhədlərin müəyyənləşdirilməsi və Azərbaycanın öz qanuni ərazilərinin qaytarılması prosesinə qarşı məhz Rusiyanın dəstəklədiyi qüvvələrin çıxması erməni cəmiyyətinin ağlı başında olan kəsimi üçün nəticə çıxarmağa əsaslar verir. Eyni zamanda, Paşinyan hakimiyyətinin təbliğat rıçaqları və imkanları kifayət qədər güclüdür və bu da öz sözünü deyir. Həmçinin, Ermənistan hüquq-mühafizə orqanları son günlər təxribatçı aksiyalara qarşı daha qətiyyətli davrana bildiklərini göstərirlər.

Bütün bunlar erməıni müxalifətinin yeni “lideri”nə çevrilməkdə olan keşiş Baqratın Pşainyanın uğurunu təkrarlaya biləcəyini çox böyük sual altına alır. Onun başlatdığı yürüş və hərəkat isə rusiyapərəst qüvvələrlə eyni maraqlara xidmət edən və həmin qüvvələr kimi çoxdan gözdən düşmüş erməni kilsəsini bir az da gözdən salacaq...(Azpolitika)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam