İraq Kürdüstan regionunun Prezidenti Neçirvan Bərzani bu gün İrana səfər edəcək.
Yenixeber.org: Bu barədə Tasnim məlumat yayıb.
Bərzani İranın Ali Rəhbəri Seyid Əli Xamenei, İran Prezidenti İbrahim Rəisi və bir sıra digər yüksək vəzifəli şəxslərlə görüşlər keçirəcək.
Bərzani sonuncu dəfə 2021-ci ilin avqustunda Rəisinin andiçmə mərasimində iştirak etmək üçün İrana səfər edib.