Redaktor seçimi
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
Günün xəbəri

“Mən Ermənistan Respublikası naminə özümü qurban verirəm” – "Lider ona görə liderdir ki,..."


“Mən Ermənistan Respublikası naminə özümü qurban verirəm” 
Yenixeber.org: Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Tavuş vilayətinin Berkaber (Bibiş) kəndinin sakinləri ilə görüşündə bildirib.

“2026-cı ildə seçkilər keçiriləcək. Kimin sizə necə səs verməyi diktə edəcəyi günlər geridə qaldı. Hökuməti dəyişməyə qərar vermisinizsə, siz onu dəyişdirəcəksiniz. Ancaq mən bu gün bunu dərk edərək, müəyyən mənada, Ermənistan Respublikası naminə özümü qurban verirəm”, - Paşinyan deyib.
Ermənistan Nazirlər Kabinetinin rəhbəri vurğulayıb ki, o, elə edir ki, Ermənistan forpost yox, həqiqi mənada müstəqil dövlət olsun. 
“Bilirəm ki, bu mənim siyasi karyerama çox mənfi təsir göstərir. Amma lider ona görə liderdir ki, lazım olanda dövlət naminə, gələcək naminə hər şeyi qurban verir”, - Ermənistan Baş naziri bildirib.
Paşinyan həmçinin qeyd edib ki, Berkaberin evlərinin qarşısında səngərlər olmamalıdır, bağlar olmalıdır. 
“Burada cəbhə xətti yox, keçid məntəqəsi olan sərhəd olmalıdır. Ünsiyyət qurmaq istəyirsənsə, ünsiyyət qur, ünsiyyət qurmaq istəmirsənsə, ünsiyyət qurma”, - o qeyd edib.
“Bütün bunlar nə ilə bağlıdır? Mənim haqqımda, uşaqlarım, həyat yoldaşım, valideynlərim və hətta babam haqqında hər cür şeylər danışırlar. Sizcə, mənim ləyaqətim yoxdur, yoxsa cavab verə bilmirəm? Yox, başa düşürəm ki, elə an gəlir ki, sən öz Vətənin naminə, öz ölkən naminə özünü qurban verməlisən. Hörmətini, adını, övladlarının psixoloji vəziyyətini, ailənin dincliyini, valideynlərinin əziz xatirəsini, babanın əziz xatirəsini qurban verməlisən. Ancaq bunu edərkən də niyə etdiyini bilməlisən. Mən bunu niyə etdiyimi bilirəm. Mən bunu Ermənistan Respublikasının müstəqil dövlət olması üçün edirəm”, - Paşinyan bildirib.(“News.am”)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam