Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Moskvada panika:Kiyevə yardım Rusiyanın işğal planlarında nələri dəyişdi?

Ukrayna hazırlaşmalıdır: ruslar həm öndən, həm də arxadan hücumlarını gücləndirəcək

Yenixeber.org: Bir həftə və ya 10-15 gün ərzində ABŞ-ın qəbul etdiyi yardımın ilk tranşı Ukraynaya çatacaq. Onu daha sürətli çatdırmaq logistik cəhətdən mümkün deyil. Və bu ilk partiya gələn kimi dərhal cəbhədəki vəziyyətə, ukraynalı hərbçilərin hisslərinə təsir edəcək. Axı artilleriyasız döyüşmək və artilleriya ilə döyüşmək (artıq məlumdur ki, ilk yardım partiyasında son vaxtlar çatışmayan artilleriya mərmiləri var) tamam başqa şeylərdir.

Bunun Rusiyaya necə təsir edəcəyinə gəlincə, onlar artıq orada sözün əsl mənasında panikaya düşüblər. Qlobal miqyasda desək, ruslar bu yaxınlarda müəyyən dərəcədə rahatlaşmışdılar. Onlar artıq əmin idilər ki, Kiyev Amerikanın köməyindən məhrum olub. İndi yenidən müzakirə etməyə başlayıblar ki, Rusiya müharibəni uduzsa, onun başına nə gələcək. Apokaliptik proqnozlar var ki, bütün bölgələr, o cümlədən Krım qaytarılmalı, təzminat ödənilməli və bu, rejimin çökməsinə, ölkənin az qala dağılmasına səbəb olacaq və s. Sonuncu dəfə Rusiyada belə söhbətlər 2023-cü ilin yazında, Ukrayna ordusunun əks-hücumundan əvvəl olub.

Ancaq bu, təkrar edirəm, qlobal miqyasda olmuşdu. İndi daxildə nəinki təzyiqi azaldacaqlar, əksinə, artıracaqlar. Müharibənin məntiqi belədir: əgər düşməninizin daha çox resursunun olduğunu görürsünüzsə, əgər siz hazırda təslim olmağa hazır deyilsinizsə (Rusiya, təbii ki, təslim olmağa hazır deyil), onda siz öz resurslarınızdan daha çox istifadə etməlisiniz. Ruslar indi məhz bunu edəcəklər - tez bir zamanda Ukrayna Silahlı Qüvvələrində Amerika silah və sursatlarının görünməsini müəyyən dərəcədə kompensasiya etmək üçün Kiyevə hələ də təzyiq göstərə biləcəkləri yollar axtaracaqlar.

Başqa, tamamilə ayrı bir məsələ isə yardım gələnə qədər cəbhəyə, hava hücumundan müdafiə qüvvələrinə əlavələrin çatdırılmasıdır. Düşünürəm ki, biz gözlədiyimiz bir vaxtda ruslar maksimum dərəcədə hücumları sıxışdırmağa çalışacaqlar. Onlar başa düşürlər ki, sonradan ən azı öz irəliləyişlərini dayandırmalı olacaqlar. Və buna görə də indi mümkün qədər çox əraziləri tutmağa çalışacaqlar. Xüsusilə, Çasov Yar üçün çox çətin döyüş gözlənilir. Əslində bu, artıq gedir, amma düşünürəm ki, indi düşmən təzyiqi xeyli artıracaq, bəlkə də başqa istiqamətlərdən ehtiyat qüvvələr bu istiqamətə köçürüləcək. Ruslar başa düşürlər ki, Ukrayna hərbçilərinə kifayət qədər mərmi çatmazdan əvvəl onların Çasov Yarı almaq üçün son şansları var.

Ancaq onu da başa düşmək lazımdır ki, əgər düşmən Çasov Yarı nəzarətə götürə bilsə, o zaman şəhərlərin, xüsusən də Konstantinovka, Kramatorsk, Slavyanskın aqlomerasiyası böyük təhlükə altında olacaq. Onda bu şəhərlər ən azı müharibə zonasına çevrilə, maksimumda isə işğal təhlükəsi altında ola bilər. Yəni ABŞ-ın yardımı bizə çatana qədər ruslar belə bir strateji sıçrayış həyata keçirməyə çalışacaqlar.

Ancaq orada "dişlərinin sındırılacağını" görsələr, o zaman çox güman ki, Avdiyevkadan sonrakı istiqamətdə uğur qazanmağa çalışacaqlar. Strateji olaraq, bu, onlara bu istiqamətdə çox az şey verir, lakin ən azı bir az uğur xəritədə göstərilə bilər.

Əlbətdə ki, digər məsələlərlə yanaşı, Ukraynanın hava hücumundan müdafiə sistemlərinə kömək gəldiyindən, ruslar təkcə sərhədyanı şəhərlərə deyil, bütün ölkəyə zərbələr endirəcəklər.

Faktiki olaraq, düşmən yardımların çatdırılmasının qarşısını almağa və xüsusən də ölkəmizin qərbindəki logistika qovşaqlarına hücum etməyə çalışacaq. Əgər maneə törətməsələr, o zaman çatdırılmanı mümkün qədər çətinləşdirməyə çalışacaqlar ki, bütün yardımlar gəlməsin, ya da gec gəlsin.

Ukrayna buna hazırlaşmalıdır. Ruslar həm öndən, həm də arxadan hücumlarını gücləndirəcək. Amma bu, Moskva üçün əzabdır. Rusiya yardımın artıq gəldiyini görür və bunun çox şeyi dəyişəcəyini anlayır. Ona görə də, indi mümkün qədər "diş atmağa" və mümkün qədər həssas nöqtələrə zərbələr endirməyə çalışacaq.

Müəllif: Yevgeni Dikiy – Ukraynalı hərbi analitik.

Mənbə: UNİAN

Tərcümə AYNA-ya məxsusdur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam