Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Tələbə ağır qəzada öldü, dostları yaralandı --FOTO

Ağstafa rayonunda ağır yol qəzası baş verib.

Yenixeber.org xəbər verir ki, ötən gecə saat 23 radələrində 2003-cü il təvəllüdlü Sənan Hüseynovun idarə etdiyi “VAZ 21099” markalı avtomobil Köçəsgər kəndi ərazisində qəzaya uğrayıb.

Belə ki, avtomobil asfalt yoldan çıxaraq ağaca çırpılıb.

Nəticədə maşında olan sərnişinlər - 2004-cü il təvəllüdlü Mikayılov Kamal Kamandar oğlu, 2002-ci il təvəllüdlü Hüseynov Niyaməddin Nurəddin oğlu müxtəlif dərəcəli xəsarətlər alıb. Digər sərnişin 2005-ci il təvəllüdlü Məmmədov Murad Şəmistan oğlu isə almış olduğu bədən xəsarətləri nəticəsində hadisə yerində vəfat edib.

Bildirilib ki, Murad Məmmədov Bakı Dövlət Universitetinin (BDU) Qazax filialının Tarix ixtisasının əyani şöbəsinin II kurs tələbəsi olub. Avtomobildə olan gənclər dost olublar.

Faktla bağlı Ağstafa RPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam