Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Azad edilmiş ərazilərdəki məscidlərə din xadimləri təyin edilib? -RƏSMİ

İşğaldan azad olunmuş ərazilərdə Azərbaycan Prezidentinin göstərişi ilə sürətli tikinti-quruculuq işləri aparılır. Həmin ərazilərdəki dini ibadət yerlərinin, eləcə də abidələrin tikintisi və bərpasına xüsusi diqqət yetirilir.

Modern.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini Qurumlarla İş üzrə şöbəsinin müdiri Cahandar Əlifzadə AZƏRTAC-a açıqlamasında deyib.

O qeyd edib ki, Şuşa, Zəngilan və Laçın şəhəri, həmçinin Hadrut və Suqovuşan qəsəbələrində yeni məscidlərin təməlqoyma mərasimləri keçirilib:

Heydər Əliyev Fondu tərəfindən Şuşa və Ağdam şəhərlərindəki ibadət evlərinin bərpası reallaşdırılır. Onlardan ikisinin – Şuşa şəhəri “Yuxarı Gövhər Ağa” və “Saatlı” məscidlərinin təmir-bərpası artıq başa çatıb, ötən il mayın 10-da Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi günündə açılışı olub.

Ötən ilin sentyabrında Mirabdulah Həsənli Şuşa şəhəri “Yuxarı Gövhər Ağa” məscidinə imam təyin olunub. Hazırda orada fəaliyyətini davam etdirir. Ümumiyyətlə, işğaldan azad olunmuş ərazilərdəki ibadət evlərinə din xadimi təyinatının məskunlaşmaya və ibadət evlərinin fəaliyyətə başlamasına paralel aparılması nəzərdə tutulub".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam