Britaniya nüvə sınağına başlayır -8 il sonra
Böyük Britaniya 2016-cı ildən bəri ilk dəfə olaraq Atlantik okeanında sualtı qayıqdan nüvə raketini sınaqdan keçirəcək.
Yenixeber.org: Bu barədə “Teleqraf” nəşri məlumat yayıb.
Məlumata görə, gəmiçilik şirkətlərinə xəbərdarlıq edilib ki, sınaqlar “HMS Vanguard” sualtı qayığının Atlantik okeanına çatmasından sonra aparılacaq.
Saxta döyüş başlığının istifadə ediləcəyi sınaq fevralın 4-nə qədər Florida ştatının şərq sahilindən təxminən 90 km aralıda, 5900 km radiusda həyata keçiriləcək.