Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

Şeyxin biznesindən YENİ XƏBƏR var: Mübariz Mənsimovla iş birliyi silsiləsindən... -FOTOFAKT

Bizim Lənkəran - Şeyx Allahşükür Paşazadənin(Şeyxulislam Hacı Allahşükür  Paşazadə) Türkiyədə həbsdə olan iş adamı Mübariz Mənsimovun həbsdən azad  olunmasına köməklik göstərmələri üçün Azərbaycan və Türkiyə prezidentlərinə  müraciət edəcəyinə səmimi ...

2017-ci ilin iyunun 6-da Mübariz Mənsimova məxsus ARMADA VOYAGER SİX gəmiçilik şirkəti öz səhmlərini Allahşükür Paşazadənin oğlunun adına olan MP TRADE SHIPPING LIMITED-ə keçirib

Yenixeber.org: Bu haqda tanınmış mühacir jurnalist Cavanşir Həsənli FB səhifəsində yazıb:

"Möhtərəm şeyximiz Hacı Allahşükür Paşazadənin vaxtilə Çexiyada sahib olduğu şirkət onun Avropadakı yeganə lövbəri deyilmiş. "Aynur KV" S.r.o. ilə bağlı sənədlər mətbuatda və sosial şəbəkələrdə geniş rezonans doğurandan sonra şirkəti MP İNTERNATİONAL S.r.o. adı ilə oğlunun adına yenidən qeydiyyatdan keçirən cənab Paşazadə az sonra onu birdəfəlik bağışlamaq məcburiyyətində qalmışdı".

C.Həsənli daha sonra qeyd edir: "Lakin möhtərəm şeyximizin 2016-cı il noyabrın 22-də Maltada qeydiyyatdan keçirdiyi ticarət gəmiçiliyi şirkəti hələ fəaliyyətini davam etdirir. Sənədlərə görə "MP TRADE SHIPPING LIMITED" Maltanın SANTA VENERA SVR 9033 ünvanında C78249 saylı lisenziya ilə qeydiyyatdan. Onun təsisçisi isə şeyx həzrətlərinin oğlu, Türkiyə vətəndaşı, İstanbulun Beşiktaş səmti, LEVAZIM MAH. SELEN SOK., SEBA FLORA SITESI 7, BLOCK NO.2G Ic KAPI NO. ünvanında qeydiyyatda olan Məhəmməd Paşazadədir. Şirkətin Maltadakı ünvanında isə Məhəmməd Paşazadənin gəmiçilik şirkəti ilə yanaşı Türkiyədə yaşayan məşhur işadamı Mübariz Mənsimova məxsus çoxlu sayda gəmiçilik şirkəti qeydiyyatdadır. Sənədlərdən məlum olur ki, 2017-ci ilin iyunun 6-da Mübariz Mənsimova məxsus ARMADA VOYAGER SİX gəmiçilik şirkəti öz səhmlərini Allahşükür Paşazadənin oğlunun adına olan MP TRADE SHIPPING LIMITED-ə keçirib. ARMADA VOYAGER SİX Mərkəzi Amerikada, Karib dənizindəki Sent-Kits və Nevis ada dövlətində qeydiyyatdadır, eyni adla Türkiyədə də fəaliyyət göstərir və Palmali şirkətlər qrupuna daxildir.
MP TRADE SHIPPING LIMITED-in okeanlarda neçə gəmiyə sahib olduğu və hansı ölkənin bayrağı altında üzməsi ilə bağlı təəssüf ki, heç bir məlumat yoxdur".

Şeyxin gizli gəmiçilik biznesi...
Şeyxin gizli gəmiçilik biznesi...
Şeyxin gizli gəmiçilik biznesi...
Şeyxin gizli gəmiçilik biznesi...
Şeyxin gizli gəmiçilik biznesi...
Şeyxin gizli gəmiçilik biznesi...
Şeyxin gizli gəmiçilik biznesi...

Yenixeber.org olaraq qarşı tərəfin cavab haqqını tanıyırıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam