Qonşu ölkədə güclü zəlzələ oldu
Buryatiyada 5,7 bal gücündə zəlzələ baş verib.
Yenixeber.org: Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Yeraltı təkanlar Baykal gölünün sularında Saxuli kəndindən 58 km aralıda qeydə alınıb.
Zəlzələ Kurumkan, Barquzin, Şimali-Baykal vilayətlərində, həmçinin Ulan-Ude şəhərində hiss olunub.
Hadisə nəticəsində tələfat və dağıntılar barədə məlumat verilməyib.