Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

İstanbul hava limanında pişik təyyarənin uçuşuna mane oldu

Türk Hava Yollarının təyyarəsi İstanbuldan Afinaya uçmağa hazırlaşarkən sahibinin biletsiz və qəfəssiz özü ilə gətirdiyi pişiyin kabinəyə girərək dolaşması nəticəsində uçuş-enmə zolağından geri dönməli olub.

Yenixeber.org xəbər verir ki, sərnişinlərin götürülməsini tamamlayan təyyarə qalxmaq üçün uçuş-enmə zolağına doğru hərəkət edib.

Bu vaxt sərnişinlər təyyarənin salonunda gəzən pişiyi görüblər. Vəziyyət kabin heyətinə bildirildikdən sonra pilot İstanbul Hava Limanı Hava Hərəkətini İdarəetmə Mərkəzi ilə əlaqə saxlayıb. İcazə verildikdən sonra təyyarə dayanacaq vəziyyətinə qayıdıb.

Yoxlama zamanı müəyyən edilib ki, pişik sərnişin tərəfindən ödəniş edilmədən və daşımağa uyğun çantası olmadan təyyarəyə mindirilib. Sahibinin pişiyi kabin baqajına qoyaraq təyyarəyə mindirdiyi anlaşılıb.

Qəfəsi və bileti olmayan pişik və sahibi təyyarədən endirildikdən sonra uçuş davam edib.

THY-nin daha əvvəl də oxşar davranışda olduğu aşkarlanan sərnişinə “qara siyahı” proseduru tətbiq edəcəyi bildirilib.(“Qafqazinfo”)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam