İsrail humanitar atəşkəsə hazırdır -RƏSMİ
İsrail qalan girovları azad etmək üçün Qəzza zolağında növbəti humanitar fasiləyə hazırdır.
Yenixeber.org: Bu barədə İsrail Prezidenti İshaq Hersoq deyib.
“İsrailin girovların azad edilməsini təmin etmək üçün növbəti humanitar fasiləyə və əlavə humanitar yardıma hazır olduğunu təsdiq edə bilərəm”, - deyə prezident bildirib.
O, həmçinin qeyd edib ki, İsrail Qəzza xalqı ilə müharibə etmir.