Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

"Uşaq pulu" məsələsi parlamentdə -Deputat Komitə sədrinə sual ÜNVANLADI

"Azərbaycan ailələrinin çox böyük problemləri var ki, geniş müzakirə olunmalıdır. Onlardan biri ailələrin tez dağılmasıdır. Bizdə möhkəm ailə institutu olub, təəssüf ki, indi bu zəifləyir. Abort, qızların ana olmamaq istəməməsi problemdir".

Yenixeber.org xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Sabir Rüstəmxanlı bildirib.

"Bilmək istərdim ki, komitə ailələrin qorunması məsələsinə kömək edən "uşaq pulu" məsələsini dövlət qarşısında qaldırıbmı? Bu məsələ bir neçə dəfə Milli Məclisdə də müzakirə olunub", - o deyib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova isə qeyd edib ki, Azərbaycan hökumətinin təklif etdiyi proqramlara parlamentdə münasibət bildirilir:

“Bizim bəzi sahələrdə ünvanlılığa üstünlük verdiyimiz sirr deyil. Qanunvericilikdə çoxuşaqlı ailələrin sayına diqqət etmək olar. Çoxuşaqlı ailədə uşağın sayını aşağı endirmək olar. Ünvanlı yardımların daha əlçatan olması ilə bağlı məsələlər həll edilə bilər”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam