Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

SABİR RÜSTƏMXANLI, FƏZAİL İBRAHİMLİ VƏ RAFAEL HÜSEYNOVUN DƏRDİ

 

FƏRƏC QULİYEV SÖZÜYLƏ ƏMƏLİNİN DAR AĞACINDA

  

Xeberinfo.com:  Suraxanı rayonu seçiciləri adından Milli Məclisdə deputat işləyən FƏRƏC QULİYEVin digər həmkarları kimi Toplumun dərdi-səriylə maraqlanması haqda sən demə heç arzulamaq da olmazmış. Sosial paylaşımlardan birində deyəsən belə şeylərə Fərəc bəyin allergiyası var yazmağım  bir qisim dostların yamanca xətrinə dəyib. Fikrə sayğıyla yanaşmaq yerinə qəzəb nümayiş etdirirlər. Müdafiə xarakterli hücumlarında məni SABİR RÜSTƏMXANLInın, FƏZAİL İBRAHİMLİnin və RƏFAEL HÜSEYNOVun “dərdi”ni çəkməyə çağırırlar. Əsas suçum da haqqımı tələb etməkdir? Fərəc Quliyevi müdafiə etmək istəyən dostlarsa deyəsən Haqqı görmək istəmirlər...
Qardaş, mən Rüstəmxanlının, İbrahimlinin, Hüseynovun vəkili deyiləm. Ancaq zamanın təsdiqindən çıxış edərək onu deyə bilərəm ki, bu Adamları başqalarından fərqləndirən xüsusiyyətlərdən biri də Sözün Çəkisini bilmələrindədir.  Sözə görə lazım gələrsə dar ağacına belə çəkilməyə hazırdırlar.  Sabir Rüstəmxanlı da, Fəzail İbrahimli də, Rafael Hüseynov da nə ediblərsə  Vətən, Millət, Dövlət naminə ediblər. Rusun, farsın, erməninin, qudurmuş beynəlxalq təşkilatların diktəsinə tüpürüb. öz qəlblərinin dərinliklərində qoruyub saxladıqları Vətən sevgisinə sahib çıxıblar.

Konkret olaraq RÜSTƏMXANLIYA GƏLİNCƏ...Rüstəmxanlı hər zaman  Sözünə düzən verərək Ona hörmətlə yanaşdığına görə də Söz də Onu heç zaman dar ağacına sürükləməyib. Mən Fərəc Quliyevin də Sözlə necə davranmasının canlı şahidiyəm - "Yeni Dirçəliş"dən. Özüm də oddan, alovdan, döyüşlərdən keçib gəlmişəm. Mən də müstəqillik tariximizin canlı şahidlərindənəm. Bu gün cəmiyyətə özünü Büt kimi sırıyanların kötüklüklərini ötən zamanın podiumunda bütün çılpaqlığıyla görmüşəm. Bütün addımlar, bütün yestlər, bütün münasibətlər də yaddaşımın xronikasında apaydın qalmaqdadır. Özünə və Qələminə çox hörmət bəslədiyim ELÇİN MİRZƏBƏYLİnin zəmanətiylə VHP-yə üzv yazılmağıma şəxsinə hər zaman sayğıyla yanaşdığım ALMAS QƏHRƏMANLI  xeyir-dua verəndən ta indiyədək. Meydan Hərəkatını biz də yaşadıq. Biz də əlimizə silah alıb döyüşlərə atıldıq və AXC-Müsavat hakimiyyətinin mübarizə metodlarını gördük. Siyasi burulğanların içində itib-batanların taleyi, bu burulğandan sıyrılıb çıxanların sonrakı yaşantılarının şahidi olduq.

Ətrafımızda hürüşən küçə itlərini görürsünüzmü?! Buna rəğmən indi də sevinirəm ki, həmrəylik ideyasına söykənərək  o itlərə atılacaq daşlardan biri də mənim əlimdədir. Vaxtilə FƏRƏC QULİYEV də Naxçıvanda rusların bazasını ələ keçirəndə o itləri daşlamışdı. Ancaq sonradan Fərəc bəyin əli yalın davranması da tarixi faktdır. Götürün Rüstəmxanlının müstəqillik dövrümüzdəki yazılarını. əsərlərini oxuyun, Adam bir gün də olsa belə öz əzəli və əbədi milli mübarizəsindən çəkinməyib. Məni VHP-yə bağlayan o ideallardır. Rüstəmxanlı o ideallardan vaz keçərsə (???- yer yerindən oynasa da, inanmaram buna), onda tək uçan qartala təklik yaraşar gerçəkliyi mənim həyat tərzim olar. Ancaq Rüstəmxanlı öz cavanlaığını bu ideallara qurban veribsə, ağsaqqal yaşında bundan vaz keçə biləcəyi absurddan da absurd olan bir şeydir, “o kadar”...

Di gəl ki, absurddan da absurd olan bir şey var. Demokratik   cəmiyyətin qurulması istiqamətində yürüməkdəykən haqqımızı tələb etməni qərəz kimi dəyərləndirən dostlar üstəlik adama ağıl dərsi keçməyə də çalışırlar. Ağılın dərk etdiyi həqiqətlərdən biri də budur ki, xalqın adından danışan kəsin xalqın qarşısına çıxmağa da üzü olmalıdır. Əgər haqqında danışdığımız  Suraxanıdan seçilən deputatlar özlərində bu cəsarəti tapa bilirlərsə, buyursunlar gəlsinlər  Qaraçuxur parkına, uşaqların ayaq basmağa yer tapa bilmədikləri, yolu, kolu “it günü”ndə olan, sosial problemləri başdan aşan “Dədə Qorqud”, “Bahar” qəsəbələrinə, icra hakimiyyətinin yanında olan parka və başqa, başqa yerlərə, doyunca dərdləşəlim, söhbət edəlim. Hələ üstəlik onları qonaq da aparaq. Görsünlər öz gözləriylə nə yeyib, nə içirik, necə dolanırıq, marşrutumuz necədir, neçə saat avtobus gözləyirik, dolan kanalizasiya quyularının təmizlənməsi üçün verdiyimiz 30 manatı  15 gündən bir boğazımızdan. əynimizdən, başımızdan kəsib o siz deyən maşın yiyələrinə verəndə hansı əzabları yaşayırıq, 500 metrə yolu adlayıb “maşın yolu”na çıxana qədər neçə cüt ayaqqabı dəyişirik ki, üstümüzün lıkqasından əhli-hallar ürkək düşməsinlər....

Fərəc bəyin deputat kimi fəaliyyətinə baxmaq istəyən gözucu boylanıb Qaraçuxur parkına baxsın.10 ilə yaxındır ki, bərbad gündə olan Qaraçuxur parkının ətrafında zırıldaşan  cocuqlar da “hardasan, ey könlümün kimsənəsi, hardasan?” deyə, o deputatın sorağındadılar...
Kəsəsi, Fərəc Quliyev mənim deputatımdır, bəs siz kimsiniz ki, Fərəc bəyin koordinatoru qismində danışırsınız? Bax onu mən bilmirəm. Hamı kimi Fərəc Quliyev və Sevinc Fətəliyevanın, həmçinin Ağacan müəllimin də boyunlarının haqqıdır ki, seçicisinin problemiylə məşğul olsunlar. Mən onlardan Hadi Rəcəblinin dediyi qoyunlardan istəmirəm ki?! Və inanıram ki, onlar bu problemlərlə məşğuldular. Görünür bu "məşğulluq" hələ ki, nəzəri səciyyə daşıyır, əməli fəaliyyətin işə düşməsinin nəyi gözləməsi də bir sual olaraq ortalıqdadır. Seçici olaraq bizim də haqqımızdır ki, o sualları seçici harayına yetməyənlərin menyüsünə ünvanlayaq. Mənə hikkə göstərmək istəyənlər fərd olaraq hələ də bu və bu kateqoriyadan olanları dərk etmirlərsə, bu da onların öz işləridir. Və elə onlar da  gedib öz işləriylə məşğul olsunlar, işlərində də onlara  uğurlar diləyirəm. 
Qaldı ki, "mənim iki deputatım"a... Onların fəaliyyətinə qiymət bu vaxta qədər çox verilib və qiymət verənlərin kimlikləri də ən ali məqamdan tutmuş həmin ali məqamların xidmətində durduqları xalqın nümayəndələrinə qədərdir. Qiymət də ortalıqdadır. Mənim vəkilliyimə Onların ehtiyacı yoxdur. Onların elədikləri və eləmədiklərinin haqq-hesabını mən yox, özləri verir, seçiciləri də qiymətləndirirlər. Bununla da mənim işim yox. Reallıqdan doğan məqam bundan ibarətdir ki, VHP maraqlarına və seçicisinə hörmətlə yanaşmaq həm də onların boyun yükləridir. Həmin yükə olan münasibət də ilk növbədə VHP-çilərin və bu deputatların seçicilərinin işləridir. Mən də sıravi üzv olaraq görünənlərə istinad etməklə bu qənaətdəyəm ki, həmin kəslər tərəfindən VHP maraqlarının, dövlətçilik prinsiplərinin  bu vaxta qədər ləyaqətlə qorunması və bu istiqamətdə mümkün olan bütün gərəkli addımların atılması qənaətbəxşdir. Fəzail İbrahimlinin fəaliyyətinin digər deputatlara bir əxlaq nümunəsi omasını mən demədim, mətbuat Onu belə dəyərləndirib. Savadıyla tarixi həqiqətləri ortaya qoymaq bacarığı da göz önündə. Milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində Rəfael Hüseynov gerçəkləri də ancaq alqışa layiqdir. Sizlər Onun bu kontekstdə olan addımlarını bəyənmirsinizsə, yenə də bu, öz işinizdir. Rəfael Hüseynov başqa siyası qüvvələr kimi xaricin instrumental havaları altında addımlar atmayıb, əksinə dövlətçilik maraqlarımızdan irəli gələn ölkəiçi siyasi qüvvələrin fikir konsalidasiyasını çox gözəl bir şəkildə ortaya qoyub. VHP maraqlarında dövlətçiliyimizin və millətçiliyimizin qorunub saxlanılması hər şeydən üstündür və çəkisi bir çox ciyasətçilərin özlərinin gerçək çəkilərindən artıq olan Sabir Rüstəmxanlının əsərlərində bütün bunlar konseptual şəkildə öz təsdiqini tapıb.  Razılaşmayanlar bir tərəfdə Rüstəmxanlının kitablarını qoysun, başqa bir tərəfdəsə özünün varsa əgər var olanını - aparsın müqayisəni. 
Məni Sabir Rüstəmxanlının dərdini çəkməyə dəvət edənlər, gördüyünüz qədərə həddindən artıq çox hörmətlə yanaşıram və bu təklifə görə sizlərə çox təşəkkür edirəm. Umarım ki, sizlər də bizimlə birgə mövqedən çıxış edəsiniz....
Bəylər və xanımlar, Sabir Rüstəmxanlı ağrısıyla, acısıyla, şaxtasıyla, sazağıyla, boranıyla, tufanıyla, sevinciylə, qəmiylə, əzabıyla, müşkülüylə. oduyla, ocağıyla, gülüylə, külüylə, illətiylə, zillətiylə, bütöv millətiylə Zamanı İçindən keçirən Adamdır. Ömrünü bu millətin Haqq Yolunda qoyan Adamdır.Bunu mən demirəm - bunu rəhmətlik Heydər Əliyev, Əbülfəz Elçibəy, Xəlil Rza, Xudu Məmmədov, Aydın Məmmədov, Bəxtiyar Vahabzadə, türk dünyasının bütün SEÇİLMİŞLƏRİ deyİblər.
Bu gün Sabir bəyi aşağılamağa çalışanlar, arabir tarixin gerçəkliyinə də ekskurs edin...Elə Fərəc bəyin Özü də Rüstəmxanlı haqqında çox gözəl sözlər deyib Həsən Meracla mənim yanımda... 
Rüstəmxanlı bir Yurd Sevdalısıdır - rusun, farsın, erməninin, ərəbin, gürcünün əlində qalan Yurdun!
Rüstəmxanlı Böyük Azərbaycan Sevdalısıdır - qanı qanımdan, canı canımdan olan parçalanmış millətimizin quracağı BÖYÜK AZƏRBAYCANın!
Rüstəmxanlı Turan Sevdalısıdır - sayı 350 milyon olub 7 dövlətdə birləşən Türk Qövmünün quracağı Turan Dünyasının!
Bəylər və xanımlar, bəli, mən də Rüstəmxanlının bu Dərdlərini çəkməyə hər zaman hazıram - dövlətimizin, millətimizin sabahı naminə....Yox əgər sizlər millətimizin sabahını topa tutmağın peşindəsinizsə, çabalarınıza son qoyun. Bilin ki, bu millət artıq köləliyə yox deyib. SÖZARASI, onu da deyim ki, Sabir Rüstəmxanlı fəaliyyətini mərhum prezidentimiz Heydər Əliyev doğrudan da bir Öndərliklə qiymətləndirib, Onu "Şöhrət Ordeni"nə layiq bilmişdi. Yeri gəlmişkən, səhv etmirəmsə, elə "xalq şairi" adına da Onu layiq bilən rəhmətlik Heydər Əliyev olmuşdu. Rüstəmxanlı da o zaman mərhum prezidentimizə təşəkkür edib, "qız-gəlini əsir olan millətin ziyalısı "Şöhrət Ordeni" daşıya bilməz" demişdi. Adi komissiya sədri olmaqdan ötəri dal qapıları özünün sığınacağa çevirənlərdən fərqli olaraq VHP sədri Azərbaycan siyasətinə nazir postundan İSTEFA VERMƏKLƏ yeni mədəniyyət forması gətirən Adamdır. Və həm də "Şöhrət Ordeni"ni qəbul etməməklə İMTİNA MƏDƏNİYYƏTİni cəmiyyətə təqdim edən Adam....Varmı belə mədəniyyət sahibi?

 

İGİD  TEYMURLU

Начало формы

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam