İlon Maskdan YENİ XƏBƏR:universitet açacaq
Amerikalı iş adamı İlon Mask Texas ştatının Ostin şəhərində universitet açmağı planlaşdırır.
Yenixeber.org: Əvvəlcə təbiət elmləri, texnologiya, mühəndislik və riyaziyyat təmayüllü məktəb açılacaq. Sonra ən yüksək səviyyədə təhsil verəcək universitet yaradılacaq.
Təhsil müəssisələri təcrübəli müəllimlərdən ibarət olacaq və ənənəvi kurrikulumlarla, o cümlədən simulyasiyalar, nümunələr, layihə və laboratoriya işləri ilə birləşdiriləcək.
Qeyd edək ki, Ostin şəhərində İlon Maskın “Tesla” şirkətinin baş ofisi yerləşir.