“Hizbullah” İsrailin hərbi məntəqələrinə hücum edib
“Hizbullah” Livan sərhədindən İsrail sərhədindəki 4 hərbi nöqtəyə “Burkan raketi” və müvafiq silahlarla hücum təşkil etdiyini açıqlayıb.
Yenixeber.org: İsrailin Bəhri, Şumira və Ramyadakı hərbi məntəqələrinin müvafiq silahlarla hədəfə alındığı bildirilib.
Əl Malikiyye hərbi məntəqəsinin yarım ton ağırlığında “Burkan raketi” ilə vurulduğu da bildirilib.
Qeyd edək ki, oktyabrın 8-dən İsrail ordusu ilə “Hizbullah” arasında gedən qarşıdurmalarda 101 “Hizbullah” üzvü və 6 İsrail əsgərinin öldüyü açıqlanıb.