Fidan Blinkenlə Qəzza böhranını müzakirə etdi
Türkiyə xarici işlər naziri Hakan Fidan ABŞ Dövlət katibi Entoni Blinkenlə görüşüb.
Yenixeber.org: Bu barədə Türkiyə mediası məlumat yayıb.
Vaşinqtonda keçirilən görüşdə Qəzzada baş verən gərginliyi dayandırmaq üçün fikir mübadiləsi aparılıb.
Bildirilib ki, görüş mətbuata bağlı şəkildə davam etdirilib.