Rusiya PUA-larla hücuma keçib
Dekabrın 3-nə keçən gecə Rusiya qoşunları pilotsuz təyyarələrlə növbəti dəfə Ukraynaya hücum edib.
Yenixeber.org: Məlumata görə, Primorsko-Axtarsk bölgəsindən ümumilikdə 12 PUA və Belqorod vilayətinin hava məkanından X-59 idarə olunan raket buraxılıb.
Zərbə PUA-ları işğal altında Xerson vilayəti vasitəsilə Nikolayev vilayətinə daxil olublar. PUA-ların əksəri Nikolayevdə, qalanı isə Xmelnitski vilayətinin Starokonstantinov bölgəsində vurulub.
“10 ədəd “Şahid-136/131” hücum PUA-sı vurulub, X-59 raketi isə hədəfə çatmayıb”, - məlumatda qeyd edilib.(UNİAN)