İsrail bu ölkədəki səfirini geri çağırdı -SƏBƏB
İsrail İspaniyanın Baş naziri Pedro Sançesin bəyanatlarına görə Madriddəki səfirini geri çağırıb.
Yenixeber.org: Bu barədə İsrailin xarici işlər naziri Eli Koen X sosial şəbəkəsində yazıb.
“Əsassız ittihamları təkrarlayan İspaniyanın baş nazirinin sözlərindən sonra mən oradakı səfirimizə zəng etdim və məsləhətləşmələr üçün Yerusəlimə (Qüds) qayıtmasını söylədim”, - o vurğulayıb.