Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

ƏLİ ABBASOVUN DA LONDONDA ƏMLAKLARI ORTAYA ÇIXDI! -Sabiq nazirin oğlu Britaniyada şirkət açıb

410435113

Azərbaycanın talanan sərvətlərinin Avropaya, o cümlədən Londonda daşındığını təsdiqləyən daha bir fakt ortaya çıxıb. Bu faktı Avropada yaşayan jurnalist Cavanşir Həsənli aşkarlayaraq, özünün facebook səhifəsində yayımlayıb. 

Yenixeber.org: Daha dəqiqi, jurnalist Azərbaycan xalqından oğurlanmış milyonlar hesabına əldə edilən əmlakın sənədlərini və sahibini müəyyənləşdirərək ictimaiyyətə açıqlayıb.

Belə ki, “Birləşmiş Krallıq, London, City Road 160, Kemp House” ünvanındakı əmlakın keçmiş rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun oğlu Eldar Abbasova aid olduğu məlum olub. Məlumatda keçmiş nazirin oğlu, eyni zamanda bu yaxınlarda vəzifəsindən azad edilmiş Etibar Pirverdiyevin kürəkəni olan 32 yaşlı Eldar Abbasovun yeni açdığı şirkətin də bu ünvanda yerləşdiyi bildirilir.

Jurnalist yazır ki, Eldar Abbasov atasının Azərbaycanın rabitəsindən “kəsdiklərini” Britaniyada eyni sahəyə yatırım edib: “Onun təsis etdiyi BİTTOP LİMİTED şirkəti bu ilin aprelin 28-də Londonda qeydiyyatdan keçib və 11334512 saylı şəhadətnamə alıb. BİTTOP LİMİTED məlumatın işlənilməsi (data prosessing), hosting və s. müvafiq fəaliyyətlərlə məşğuldur. 

202927

Bu, Eldar Abbasovun Londonda açdığı ilk şirkət deyil. Bundan əvvəl, yəni ötən ilin noyabrın 16-da maliyyə vasitəçiliyi ilə məşğul olan JDE CAPITAL LTD-ni təsis etsə də, ötən ayın 2-də onun fəaliyyətini dayandırıb. Görünür bu sahədə bəxti gətirməyib”.

Eldar Abbasovu deyə bilmərik, ancaq sabiq nazirimiz Əli Abbasov yəqin ki, bəxtindən heç vaxt şikayət etməz. Hətta bəxti necə gətiribsə rəhbərlik etdiyi nazirlikdə baş verən irimiqyaslı korrupsiya əməliyyatlarına, dövlət vəsaitinin talanmasına görə ətrafında onun tapşırıqlarını icra edənlərin əksəriyyəti həbsə alınsa da, özü “təmiz” qalmağı bacarıb.

Düzdür, bəzi iddialara görə, bu ona 50 milyona başa gəlib. “Rabitə işi” adı ilə tanınan cinayət işinin istintaqı dövründə nazir olduğu müddətdə dövlətə vurulmuş ziyana görə Əli Abbasova 50 milyon manat pul ödətdirildiyi bildirilir. 

Xatırladaq ki, “Rabitə işi” üzrə təqsirləndirilən şəxslər mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə kimi əməllərdə suçlanıblar. İstintaq bu iş üzrə dəyən zərəri 153 milyon manat dəyərləndirmişdi. Buna görə Rabitə Nazirliyinin bir çox rəhbər şəxslərinə qarşı ittihamlar irəli sürülsə də, nazirin məsuliyyətdən kənarda saxlanılması maraq doğururdu.

Halbuki, istintaq başlayarkən Rabitə Nazirliyində dövlət vəsaitlərinin talannmasında Əli Abbasovun yaxınlarının birbaşa iştirakı haqda informasiyalar dövriyyəyə buraxılmışdı. Belə ki, Əli Abbasovun qaynı Elçin İbrahimovun “Qafqaz-S İnşaat” MMC vasitəsilə Rabitə Nazirliynin xətti ilə aparılan 250 milyon manatlıq tikinti işlərini gerçəkləşdirdiyi, bunun da böyük hissəsinin mənimsənildiyi iddia edilirdi. Elçin İbrahimov da istintaqa ifadəsində bəzi faktları təsdiqləmişdi. Əli Abbasov özü iddiaları qəbul etməyib, sözügedən şirkətə hər hansı bir güzəşt edilmədiyini bildirsə də, Vidadi Zeynalov məhkəmədə demişdi ki, “Qafqaz S İnşaat” MMC-yə nazirin göstərişi ilə vəsaitlər göndərilib, bu işlərə özləri nəzarət edib: “Nazir nə deyirdi, onu icra edirdik. Şişirdilmiş rəqəmlər də göndərilirdi. Nə qədər deyirdi, o qədər göndərirdik. Hər şey onlara aidiydi”.

eli abbas

Bunda əlavə sabiq nazir ifadəsində özünün şəxsi xərclərinə aylıq olaraq 200.000-300.000 manat vəsait xərclədiyini bildirməklə, dolayısıyla dövlət vəsaitinin talanmasında iştirak etdiyini etiraf etmişdi. Buna baxmayaraq, istintaqın yekununda nə nazirə, nə də onun yaxınlarına qarşı konkret ittihamlar irəli sürülmədi.

Vidadi Zeynalovun vəkili Bəylər Məmişov bunun səbəbinə müəyyən qədər aydınlıq gətirmişdi. O, proseslərin birində Əli Abbasovun 7 milyon pul ödədiyini bildirmişdi: “Əli Abbasov tərəfindən rəhbəri olduğu nazirlikdə törədilmiş qanunsuzluqlarla əlaqədar vurulmuş ziyan üzrə 3 milyon 800 min manat, 600 min avro, 1 milyon 200 min dollar olmaqla, 30.09.2016-cı ilin məzənnəsi ilə 6 milyon 836 min 540 min manat ödəniş aparılıb”.

“AzPolitika.info”ya verilən məlumatlarda isə iddia edilirdi  ki, bu məbləğ dəfələrlə çox olub – Əli Abbbasova 50 milyon ödədiblər!

Bu məlumatlardan hansının doğru olduğunu söyləmək çətindir. Dəqiqini Əli Abbasov deyə bilər ki, o da susur. Ancaq oğlunun Londonda ortaya çıxan əmlak və şirkətləri nə qədər ödəməsindən asılı olmayaraq, sabiq nazirimizin hələ də böyük imkanlarının qaldığını göstərir.

1531214109_etibar_priverdiyev

Əlbəttə, biriləri iddia edə bilər ki, Eldar Abbasova Londonda əmlakı qayınatası Etibar Pirverdiyev də alıb bağışlaya bilər. Az ehtimal versək də, mümkündür. Ancaq bu da nəticəni dəyişmir: talanan Azərbaycan dövlətinin və xalqının vəsaiti, talayan Azərbaycan məmuru, qazanan ingilislərdir!(azpolitika)

Rasim

eli abbasoveli abb02eli abb03eli abb04

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam