Metroda ölən şəxs Çinarə Məlikzadənin atası imiş - YENİLƏNİB
Metronun "Nərimanov" stansiyasında dünyasını dəyişən şəxs müğənni Çinarə Məlikzadənin atası imiş.
Yenixeber.org xəbər verir ki, bu barədə aparıcı Hacı Nuran Hüseynov məlumat verib.
O sosial şəbəkə hesabında Çinarə ilə fotosunu paylaşaraq atasının vəfatına görə ona başsağlığı verib.
***14:53
"Nərimanov" stansiyasında qatardan düşüb stansiyanı tərk edən ahıl yaşlarında kişi sərnişin stansiya vestibülündə özünü pis hiss edib və dünyasını dəyişib.
Yenixeber.org xəbər verir ki, çağırılmış təcili tibbi yardım xidməti ölüm faktını təsdiq edib.