Elmar Vəliyevdən öncə Gəncədə güllənən icra başçısı kim idi– MARAQLI FAKTLAR
Dünən – iyulun 3-də, saat 20.30 radələrində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və onun mühafizəçisi Qasım Aşbazov İcra Hakimiyyətinin inzibati binasının qarşısında odlu silahdan açılan atəş nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdiriliblər
Yenixeber.org: Respublika Baş Prokurorluğunun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə məlumatına görə, cinayəti törədən 1983-cü ildə Gəncə şəhərində anadan olmuş Yunis Səfərov dərhal həmin ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən tutularaq, tərksilah edilib.
Fakt üzrə Baş Prokurorluqda Cinayət Məcəlləsinin 29, 120.2.3-cü, 120.2.7-ci (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar qəsdən adam öldürməyə cəhd) və 228-ci (qanunsuz olaraq odlu silah əldə etmə) maddələri ilə cinayət işi başlanılaraq prokurorluğun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.
Hazırda cinayətdən zərər çəkən Elmar Vəliyevin və Qasım Aşbazovun səhhəti qənaətbəxş olmaqla hər ikisi ixtisaslı tibbi yardımla əhatə olunub.
Cinayət işi üzrə istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Nədənsə, Gəncə belə hadisələrin baş verməsi ilə “məşhurlaşan” şəhərdir. Azərbaycanın ikinci böyük şəhərində icra başçısına sui-qəsd edilməsi ilk hadisə deyil. 1993-cü ildə də Gəncə belə kriminal hadisəyə şahidlik etmişdi.
Paralel.az saytı həmin dövrə ekskurs edib..
Xatırladaq ki, 1993-cü ildə Gəncənin ovaxtkı icra başçısı Hacı Vaqif (Vaqif Süleyman oğlu Vəliyev) qətlə yetirilib…
ARAYIŞ
Vaqif Vəliyev 1940- cı ildə Gəncədə doğulub. Sonra Özbəkistana getmiş Vaqif Vəliyev Özbəkistandakı azərbaycanlılar arasında xeyriyyəçi kimi tanınıb.
Hacı Vaqif adıyla məşhurlaşan Vəliyev 16 iyun 1993-cü ildən Gəncə şəhər İcra Hakimiyyətinin başçısı olunub.
O, çox qısa müddətdə Gəncə şəhərinin icra başçısı olub və vəzifədə olduğu müddətdə Gəncə şəhərindəki İmamzadə ziyarətgahını təmir etdirib. Məlumatlara görə, qısa müddətdə o, Gəncə əhalisinin böyük rəğbətini qazanıb.
Hacı Vaqif 1993-cü ildə Gəncə şəhər İcra Hakimiyyətində iş otağında güllələnərək qətlə yetirilib.
Bəs Hacı Vaqif niyə öldürümüşdü?
Azərbaycan Kommunist Partiyasının keçmiş sədri, Vaxtilə Gəncə şəhirninin rəhbərliyində təmsil olunmuş Firidun Həsənov Paralel.az saytına müsahibəsində bu haqda geniş danışıb.
F.Həsənov bununla bağlı deyib:
“1993-cü ildə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Hacı Vaqifi qətlə yetirdilər. Mən o zaman Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini idim. 1992-ci ildə Gəncə şəhərinin birinci katibi olmuşam, sonradan birinci katiblər icra başçısı oldular. Azərbaycan Xalq Cəbhəsi hakimiyyətə gəlməmiş prezident səlahiyyətlərini icra edən Yaqub Məmmədov məni işdən çıxarmışdı. Sonra bir müddət mənimlə Kommunist Partiyası sıralarında oldu. Məni o vaxt vəzifədən niyə çıxardığını soruşdum. Dedi ki, guya imza çəkilən sənədlərin arasında mənim də adımı yazıblar. İşdən çıxandan sonra Gəncə Elm Mərkəzində altı ay elmi işçi kimi çalışdım”.
Hacı Vaqif 1993-cü ildə Gəncəyə icra başçısı təyin ediləndə Firidun Həsənovu yanına dəvət edib və deyib ki, şəhəri yaxşı tanıdığından onunla işləsin. Hacı Vaqif qətlə yetiriləndən sonra isə çoxları elə bilib ki, onun müavini Firidun Həsənov da öldürülüb. Hadisədə isə ölən təkcə Hacı Vaqif olmayıb, onun digər müavini də öldürülüb.
“Hacı Vaqif icra başçısı olanda onun birinci müavini idim və demək olar ki, şəhəri mən idarə edirdim. Vaqif sənədləri, möhürləri mənə həvalə etmişdi. Nə isə, hadisələrin gərgin vaxtında Hacı Vaqifi qətlə yetirdilər. Həmin dövrdə Heydər Əliyev Milli Məclisin sədri idi və Bakıdan elan etdi ki, Gəncənin icra başçısı və müavinini öldürüblər. Həmin hadisədə Hacı Vaqiflə yanaşı, onun sənaye üzrə müavini işləyən Eldar adlı şəxs də öldürüldü. Amma ictimaiyyət elə bilmişdi ki, məni öldürüblər. Əslində isə həqiqətən də məni öldürməyi planlaşdırmışdılar”.
“Niyə məhz sizi öz ölüm siyahılarına salmışdılar?” sualına isə Firidun Həsənov belə cavab verib:
“Çünki həmin hadisədən təxminən bir həftə öncə şəhər aktivini çağırıb bildirdim ki, Gəncə şəhərini ermənilərə, ruslara və digər qüvvələr verə bilmərik. Dedim ki, vəziyyətdən çıxış yolunu Heydər Əliyev tapa bilər. Lakin Heydər Əliyevin adını çəkən kimi iclas dağıldı. Hacı Vaqif dedi ki, düz eləmədin. Ona bildirdim: “Surət Hüseynov kimdir ki, əhalinin qayğısına qalsın”. Hacı Vaqiflə Surət Hüseynov isə heç cür yola gedə bilmirdi. Hacı Vaqif şəxsiyyətli bir insan idi. Deyirdi ki, vəzifəsindən getmək və yerinə məni gətirmək istəyir. Cavabım belə olmuşdu: “Surət Hüseynov kimdir ki, ona tabe olum?! Mənim iki prinsipim var. İstəyirsən işin getsin, Heydər Əliyev tərəfdarı və kommunist olduğumu nəzər al”.
Şəhər aktivinin iclasında düz kamera qarşısında danışırdım. Bizim yanımızda əyləşən, protokol yazan ümumi şöbənin müdiri kameranı görən kimi stolun altına girdi. Çünki Surət Hüseynovun qorxusundan kadrlara düşmək istəmirdi. Həmin adam daha sonra altı il Gəncə şəhər İcra Hakimiyyətinin başçısı işləmiş Rasim Daşdəmirov idi. Halbuki, mən Heydər Əliyevin adını çəkdiyimə görə o, Surət Hüseynovun qorxusundan stolun altına girmişdi. Amma belə oldu ki, mən həyatımı təhlükəyə qoysam da, Rasim Daşdəmirova vəzifə verildi!
Hacı Vaqif öldürüləndən bir gün sonra minlərlə insanı mitinqə çıxarmağa nail oldum və onların əksəriyyətinin əlində Heydər Əliyevin plakatları var idi. Heydər Əliyev özü də deyirdi ki, fəaliyyətimlə yaxından tanışdır. Heydər Əliyev dünyasını dəyişən kimi məni yaddan çıxardılar”.
Firidun Həsənov Hacı Vaqifin öldürülməsi anını belə xatırlayır:
“Eldar icra başçısına təzə müavin təyin olunmuşdu. O, gəlib mənə dedi ki, fəaliyyətə başlaması üçün maşınımı və kabinetimi ona verim. Dedim ki, sənin sərəncamın təzə verilib, Hacı Vaqiflə müzakirədən sonra bu məsələni həll edəcəyəm. O isə bildirdi ki, bu qətiyyən gecikməməlidir və hökmən təzə vəzifəsinin icrasına başlamalıdır. Elə bil ki, onu əcəl hərləyirdi. Axırda ona dedim ki, gedib Hacı Vaqifin yanında kiminsə olub-olmadığını dəqiqləşdirsin. Mənim kabinetim Hacı Vaqifin kabineti ilə üz-üzə idi, aralarında haradasa on metr məsafə olardı. Eldar getdi və qayıdıb mənə dedi ki, “Moskva Nəsrəddin” ləqəbli müəssisə rəhbəri və Ağstafa rayonunun Allahverdiyev soyadlı icra başçısı Hacı Vaqifin yanındadır. Eldar dedi ki, Hacı Vaqifin yanına gedir və işi bitən kimi mənə xəbər göndərəcək.
Eldar gedib Hacı Vaqifin yanında oturur. “Moskva Nəsrəddin” və Allahverdiyev Hacı Vaqiflə görüşdən sonra yanıma gəldilər. Beş-on dəqiqə söhbətdən sonra onlar getdilər. Bundan sonra mən Eldarın məsələsini həll etmək üçün Hacı Vaqifin yanına getmək istəyirdim ki, yanıma bir qaçqın gəldi və məndən problemini həll etmək üçün kömək istədi. Şöbələrə həmin adama kömək göstərmələrini tapşırdım. Yenə Hacı Vaqifin yanına getmək istəyirdim, köməkçim gəlib söylədi ki, bankla bağlı hansısa sənədə imzamı qoymalıyam. Bu vaxt televiziyada Milli Məclisin iclası gedirdi, saat haradasa, axşam 6-nın yarısı idi. Milli Məclisin iclasına baxanda hiss etdim ki, nəsə partladı. Köməkçimə dedim ki, tez baxıb görsün nə məsələdir. Bu çıxdı, yarım dəqiqə keçməmiş qayıdıb bildirdi ki, Hacı Vaqifi öldürüblər. Həmin vaxt bizə xidməti tapança verirdilər. Mən də onu həmişə üstümdə saxlayardım, amma bu dəfə tərslikdən seyfdə idi. Çölə çıxanda gördüm ki, əli avtomatlı, hərbi formalı bir adam söyə-söyə gedir. Əlimi belimə atdım, amma yadıma düşdü ki, tapança seyfdədir. Tapança üstümdə olsa idi, ona atəş açacaqdım. Otağa gəlib, seyfi açıb tapançanı götürdüm. Zal hissədən onun qarşısına çıxmaq istədim, amma gördüm ki, artıq yoxdur. Hacı Vaqifin otağına gəlib gördüm ki, Surət Hüseynovun yaxın adamlarından olan “Zobik”in başına güllə vurulub və o xalçanın üstünə uzanıb. Gördüm ki, Eldar da qardaşının qucağında can verir və qarnı güllə ilə deşik-deşik edilib. Həmin vaxt qardaşı da yaxınlıqda imiş. Hacı Vaqifə yaxınlaşdım, əlimi vurub yoxladım, gördüm ki, bədəni hələ istidir, ölməyib. Təcili tibbi yardım gəlib Hacı Vaqifi xəstəxanaya apardı….
Hadisə belə olub: Eldar Hacı Vaqifin yanında olanda “Zobik” də ora gəlib. Hacı Vaqifə deyib ki, onun istədiyi adamları vəzifəyə təyin etsin. Hacı Vaqif də deyib ki, heç kimə özbaşına vəzifə verə bilməz. “Zobik” də bundan əsəbiləşib Hacı Vaqifə bir sillə vurur. Hacı Vaqif də şəxsiyyətli adam olduğundan tapançanı çıxarıb “Zobik”in düz alnına atəş açır. Orada olan “Zobik”in cangüdəni avtomatla otaqdakı adamların hamısına atəş açır. Hətta güllə qapını dəlib Hacı Vaqifin mühafizəçisinin baldırına dəymişdi.
Daha sonra Hacı Vaqifi və onun müavinini öldürəni tutdular, məhkəməsi oldu və ona 15 il iş verdilər. Hacı Vaqif xəstəxanaya aparılarkən mən də getdim. Gördüm ki, “Zobik”in tərəfdarları ilə dövlət adamları əllərində avtomat bir-birinə qarşı dayanıblar. Mən onların ortasından keçməli idim, lakin atəş açacaqları barədə xəbərdarlıq etdilər. Amma heç kim atəş açmadı. İçəri keçəndə bildirdilər ki, Hacı Vaqif artıq ölüb. Dedilər ki, Hacı Vaqifin adamı olduğumdan “Zobik”in tərəfdarları məni öldürəcəklər. Ona görə də məni arxa qapıdan çıxardılar. Bu hadisələrdən sonra məni istintaqa cəlb edən müstəntiq dedi ki, məsələ onluq deyil.
Saat 12-də evə zəng etdim, dedilər ki, artıq həyətdə yasımı vermək üçün çadır qurublar. Elə biliblər ki, öldürülən müavin mənəm. Bütün bunlardan sonra barəmdə cinayət işi açıldı. Müstəntiq şəxsən özü məni evimə apardı və səhər saat 6-da qapımız döyüldü. Qapını açıb gördüm ki, həmin müstəntiqdir. Mənə dedi ki, istintaqla bağlı bəzi sənədlərə dəyişiklik ediblər. Cavabım belə oldu: “Çox gözəl, baxa bilərəm hansı dəyişiklik olunub. Əgər məni Surət Hüseynov kimi birisi mühakimə edəcək və həbs edəcəksə, nə istəyirsinizsə yazın”.
İstintaq zamanı sənədlər saxtalaşdırılırdı. Sənədə baxmadan onu imzaladım. Bayaq haqqında söhbət etdiyim kadrlara baxıblar, bu qərara gəliblər ki, ya öldürülməliyəm, ya da tutulmalıyam. Həmin ərəfədə Əli Ömərov baş prokuror oldu. O, baş prokuror olmamışdan qabaq mənə deyirdi ki, “əgər Heydər Əliyev hakimiyyətə gəlsə, ən azından nazir olacaqsan”.
Bəs necə olub ki, qiyamçı polkovnik Surət Hüseynov sonradan Firidun Həsənovdan əl çəkib?
Firidun Həsənov deyir ki, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin keçmiş birinci katibi işləyən İmam Mustafayev kömək edib.
“O, ağsaqqal, hörmətli bir adam idi və məni tanıyırdı, ailəvi münasibətlərimiz var idi. İmam Mustafayevin Surət Hüseynovla da əlaqəsi yaxşı idi. İmam Mustafayevə olanları danışdım və o, bütün bunların ədalətsiz olduğunu vurğuladı. İmam Mustafayev Surət Hüseynovun yanına gedib məndən əl çəkməsini xahiş etdi. Bundan sonra Surət Hüseynov və adamları məndən əl çəkdilər. Daha sonralar barəmdəki əsassız cinayət işi ləğv edildi. Hacı Vaqifi öldürəni isə Rusiyadan tapıb gətirmişdilər”…