Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

HACI NURANIN “XƏRÇƏNG ŞOUSU”– Və ya batan hospitaldan səhiyyəyə “poni şıllağı”

Hacı Nuran kimi tanınan məşhur teleaparıcı Nuran Hüseynovda son günlərdə ağciyər xərçəngi tapıldığı və vəziyyətinin ağır olduğu xəbəri yayılıb. Daha əvvəl də xərçəng xəstəliyindən əziyyət çəkən və Almaniyada ağır müalicə kursları keçdikdən sonra sağalıb, vətənə dönən Hacı Nuranda yenidən xərçəng tapıldığı xəbəri isə bu dəfə müzakirəsiz ötüşmür

Yenixeber.org: Daha doğrusu, aparacının müalicə aldığı forma və şərait insanlarda onun həqiqətən də xəstə olduğuna dair şübhələr yaradıb, hətta bu addımın onun “müalicə aldığı” “Ege Hospital”ın piar kampaniyası olduğu da iddia edilir. Əslində, bu iddiaları gücləndirəcək məqamlar da az deyil. Məsələn:

 

1. Azərbaycanda xərçəng xəstəliyinin müalicəsini demək olar ki, yalnız Milli Onkologiya Mərkəzininin həyata keçirdiyi, bu sahənin bu tibb ocağının nəzarətində olduğunu hamı bilir. Hacı Nuran kimi imkanlı şəxs əgər doğrudan da müalicə olunmaq istəsəydi, onda xərçənglə bağlı peşəkarların çalışdığı və bu sahədə ixtisaslaşmış bir ünvana üz tutardı. Nəinki həkim səhlənkarlığına görə ölümləriylə daim gündəmdə olan, reputasiyası tamamilə korlanmış bir özəl xəstəxanaya…
2. Ağciyər xərçənginə tutulmuş şəxsin qorunmalı olduğu iki əsas təhlükə var: toz və tük.Hər iki detal Hacı Nuranın otağına gətirilən yüzlərlə gül və atla pozulub. İkinci detalı sosial şəbəkələrdə tanınmış tibb mütəxəssisləri də yazır. Bildirilir ki, Hacı Nuranın bu formada ziyarət edilməsi onu göstərir ki, “Ege Hospital” rəhbərliyi ya səriştəsizlik gösətərərək xəstəsinin ölümünü sürətləndirir, ya da Nuran Hüseynov xərçəng xəstəsi deyil və bütün bunlar sadəcə və sadəcə adıçəkilən xəstəxananın reklamına hesablanmış ucuz piar kampaniyasıdır.

 
Bu iddianı gücləndirən məqamlara da diqqət çəkək:
1. “Ege Hospital” Bakıda uzun illər “Grand Hospital” adı ilə fəaliyyət göstərib. Xəstəxana elə bu ay adını dəyişib. Bununla yanaşı, “Grand Hospital” adı altında işlədiyi dövrdəki bütün həkim heyətini də xəstəxanadan qanunsuz olaraq şəkildə işdən qovublar.
2. “Grand Hospital” qəfildən adını və bütün həkim heyətini ona görə dəyişdirdi ki, burada çoxsaylı xəstələr müxtəlif əməliyyatlar zamanı dünyasını dəyişmişdi. Xəstəxana demək olar ki, tamamilə nüfuzsuz hala düşmüşdü və müxtəlif məhkəmə çəkişmələrində idi. Üstəlik, elə bu ilin əvvəlində Vergilər Nazirliyi “Grand Hospital”da vergidən yayınma ilə bağlı araşdırma aparmışdı. Bütün bunları nəzərə alanda məlum olur ki, “Ege”nin – keçmiş adıyla “Grand hospital”ın “Hacı Nuran şou”sunun altında bir reklam kampaniyasının dayanması mümkündür.
Bəs Azərbaycanda kifayət qədər nüfuzu və imkanı olduğu bilinən Nuran Hüseynov bu ucuz reklam kampaniyasına niyə qoşulub? Onu buna nə vadar edib?
“Ege Hospital” rəhbərliyi sosial şəbəkələrdə yayılan bu iddialarla – Hacı Nuranın palatasına at gətirilməsi ilə bağlı aşağıdakı açıqlamanı yayıb: “Bu addım Hacının istəyi idi. O, ağır xəstədi, ponini görmək istəyirdi. Deyirdi ki, əgər yanıma at gətirilməsə, mən özüm onun yanına gedəcəyəm. Ağır xəstənin kiçik arzusunu yerinə yetirmək savabdır. Hacı Nuran Atçılıq Mərkəzi ilə də çalışır. Hacı Nuranın orda öz atı var. Bu poni onundur, adı da Nazlıdır. Hacı Nuran hər gün gedib, atı görürmüş. İcazə olmazdı atı gətirməyə, amma Hacı Nuran kimi xeyirxah insanın bu məqamda arzusunu yerinə yetirmək üçün belə bir addım atıldı. Bir də, Hacı Nuranın yatdığı mərtəbədə ondan başqa xəstə yoxdur. Həmin poni də gigiyenik cəhətdən təmiz idi. Atı çirkli-çirkli gətirməmişik”.
Hospital rəsmisi Türkan Məmmədli xəstənin yanına gələn şəxslərin ayağında baxil olmamasına da münasibət bildirib: “Xəstəxananın içəri girişində ayaqqabı üçün xüsusi yapışdırıcı avadanlıq var. Həmin o aparatla ayaqqabıların altına baxili əvəz etmək üçün xüsusi maddə yapışdırılır”.

Bütün bu iddiaların hansının doğru olduğunu ayırd etmək isə əlahəzrət oxucunun öhdəsinə qalır. Özümüzü bu məsələnin hansısa xəstəxananın reklamı olmadığına inandırmağa çalışaq, əks halda, bir insanın öz ölümcül xəstəliyi üzərindən reklamla və pul qazanmaqla məşğul olduğunu qəbullanmaq daha çətin olar.
Ümid edirik ki, Hacı Nuran da tezliklə müalicəsini bitirər və bu ağır xəstəliyi atladar. Əgər həqiqətən də xəstədirsə…

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam