Festival qana boyandı -ölən və yaralılar var
Şənbə günü Hindistanın Kerala ştatındakı Koçin Universitetində musiqi festivalı zamanı izdiham baş verib.
Yenixeber.org: Bu barədə Hindistan mətbuatı məlumat yayıb.
Məlumata görə, çöldə qəfil leysan yağmağa başlayıb və festival iştirakçıları pilləkənlərlə universitet salonlarından birinə qaçan zaman izdiham baş verib.
İzdiham nəticəsində 4 nəfər ölüb, 60 nəfər isə yaralanıb. Yaralılardan dördünün vəziyyəti ağırdır.