Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

"Türkiyəyə heç bir güc əngəl ola bilməyəcək" - Ərdoğan

 

Türkiyə əsrinin inşasına və xalqımızın əsrlik hədəflərinə çatmasına heç bir güc əngəl ola bilməyəcək.

Yenixeber.org xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Mustafa Kamal Atatürkün vəfatının 85 illiyi ilə əlaqədar Anıtqəbiri ziyarət edərkən deyib.

“Əziz Atatürk, vəfatınızın 85-ci ildönümündə bir daha sizi və silahdaşlarınızı, vətənimiz üçün şəhid düşən oğullarımızı və eyni ideologiya üçün qanlarını axıdan qazilərimizi rəhmətlə yad edirik. İlk əsrini böyük bir qürurla geridə qoyduğumuz və ikinci əsrinə qədəmlədiyimiz cümhuriyyətimizi qalib və müzəffər etmək üçün 21 ildir olduğu kimi, bu gün də əzmlə çalışırıq.

Məzlumların ümidi, kimsəsizlərin kimsəsi və vətəndaşlarının qüruru olan Türkiyə Respublikasını hər sahədə inkişaf etdirmək üçün əlimizdən gələni edirik. Türkiyə əsrinin inşasına və xalqımızın əsrlik hədəflərinə çatmasına heç bir güc əngəl ola bilməyəcək. Ruhun şad olsun!”, - deyə o, qeyd edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam