
Qarabağda müvəqqəti yerləşmiş Rusiya sülhməramlıları Şuşa rayonunda daha bir müşahidə məntəqəsini bağlayıb.
Yenixeber.org: Bu barədə Rusiya Müdafiə Nazirliyinin bülletenində deyilir.
Bildirilib ki, Rusiya sülhməramlılarının müşayiəti ilə Azərbaycanın Qarabağ iqtisadi rayonunun yaşayış məntəqələrinin elektrikləşdirilməsi davam edir.
Qeyd edək ki, 2023-cü il sentyabrın 19-dan etibarən Rusiya sülhməramlılarının Ağdərə, Xocavənd, Xocalı və Şuşa rayonlarında müşahidə və müvəqqəti müşahidə məntəqələri bağlanıb.