Ukraynanın da itkiləri artır -SİYAHI
Rusiya müharibənin 614-cü günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Yenixeber.org: Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 517 təyyarəsi, 253 helikopteri, 8431 PUA-sı, 441 zenit-raket kompleksi, 13 019 tank və digər zirehli texnikası, 1170 reaktiv yaylım atəş sistemi, 6913 artilleriya və minaatanı, 14 776 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.