Zelenskinin bu evi satıldı -475 min dollara
Krımın Livadiya qəsəbəsində Ukrayna Prezidenti Vladimir Zelenskinin həyat yoldaşı Yelenanın adına olan mənzil hərrac yolu ilə 44,3 milyon rubla (475 min dollar) satılıb.
Yenixeber.org: Bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Hərraca çıxarılan evi Olqa Lipovetskaya adlı şəxs alıb.
Xatırladaq ki, 120 kv.metrlik ev 2023-cü ildə milliləşdirildikdən bir müddət sonra satışa çıxarılmışdı. İlkin olaraq evə 24.6 milyon rubl qiymət qoyulmuşdu.