Qəzzada 600 min insan köçürülüb
Qəzza zolağının şimalında yerləşən eyniadlı şəhərdən 600 mindən çox fələstinli anklavın cənubuna köçürülüb.
Yenixeber.org: Bu barədə İsrail ordusunun nümayəndəsi Daniel Haqari “Tayms of İsrail”ə açıqlamasında deyib.
Onun sözlərinə görə, hərbçilər beynəlxalq hüquq normalarına uyğun hərəkət edir ki, mülki şəxslərə minimal zərər vursunlar.