Bu ölkəyə əlavə qoşun yeridildi
NATO Kosovonun şimalındakı sülhməramlı kontingentinə əlavə qoşun cəlb edib.
Yenixeber.org: Bu barədə Alyans məlumat yayıb.
Bildirilir ki, buna Serbiya ilə gərginliyin artması səbəb olub.
Qeyd edək ki, daha əvvəl Kosova Baş naziri Albin Kurti NATO-ya ehtiyaclarının olduğunu açıqlayıb. O bildirib ki, Serbiya ilə sərhəd çox uzundur və adıçəkilən ölkə sərhədə qoşun toplamaqda davam edir.
Xatırladaq ki, A. Kurti sentyabrın 24-nə keçən gecə saat 3:00 radələrində regionun şimalındakı Leposaviç bələdiyyəsinin Banska kəndi yaxınlığında naməlum şəxslərin Kosova polis əməkdaşlarına atəş açdığını bildirmişdi. Kosova Prezidenti Vyosa Osmani isə hücumda serb cinayətkar dəstələrini günahlandırıb.