Redaktor seçimi
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Adı nurçularla hallanan “Aral Group” şirkətindən şikayət var:
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Günün xəbəri

Çindən Avropaya gedən 20 000-ci qatar Orta Dəhliz vasitəsilə yola düşüb

 

Çindən Avropaya yola salınan 20 000-ci yük qatarı Orta Dəhliz marşrutu üzrə hərəkətə başlayıb.

Yenixeber.org xəbər verir ki, yubiley qatarı Çinin şimalında yerləşən Daxili Monqolustan Muxtar Bölgəsinin Erenhot Dəmiryolu Stansiyasından yola düşüb. Qatar 55 konteynerdən ibarətdir.

Orta Dəhlizdə yük qatarlarının sayı son üç il ərzində sürətlə artıb. 2013-cü ildən etibarən bu marşrutla daşımalar həyata keçirilir, lakin 2022-ci ildə 10 000-ci qatar qeydiyyata alınmışdı. Cəmi üç il ərzində bu göstərici ikiqat artaraq 20 000-ə çatıb.

Asiya ilə Avropanı birləşdirən Orta Dəhliz Çindən başlayaraq Qazaxıstan, Özbəkistan, Türkmənistan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Avropaya qədər uzanan strateji ticarət və nəqliyyat xəttidir. Bu marşrut Asiyanın şərq regionlarını, o cümlədən Çini, dəniz yollarından yan keçərək quru ilə Avropaya birləşdirir. Beləliklə, daşımaların müddətini və məsafəsini əhəmiyyətli dərəcədə azaldır.

Orta Dəhliz təkcə region ölkələrinin iqtisadi əlaqələrini genişləndirmir, həm də qlobal ticarət logistikasında mühüm alternativ dəhliz kimi mövqeyini gücləndirir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam