Redaktor seçimi
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
Günün xəbəri

 Türkiyə bu şərtlərlə Suriyadan çıxa bilər -RƏSMİ AÇIQLAMA

Türkiyə İdlibdə daha 55 Suriya hərbçisini zərərsizləşdirib
“Bizim kimsənin torpağında gözümüz yoxdur. Prezidentimiz də bunu deyib”.

Yenixeber.org: Bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər “Milliyət”ə müsahibəsində deyib.

O söyləyib ki, Türkiyənin kimsənin torpağına ehtiyacı da yoxdur: “Bunu konkret formada deyirik. Biz təhlükəsiz şərait formalaşmadan Suriyanı necə tərk edə bilərik?”.

Nazir bildirib ki, “Zeytun budağı”, “Fırat qalxanı” kimi əməliyyatların məqsədi Türkiyə vətəndaşlarının təhlükəsizliyinin təmin olunması idi: “İndi bəzilərinin bizim Suriyadan çıxmağımızı tələb etməyi ilə biz ərazini tərk etməyəcəyik. Əvvəlcə lazımi şərait yaradılmalıdır. Konstitusiya qəbul olunmalı, seçkilər keçirilməlidir. Hökumət qurulmalıdır. Bundan sonra məmnuniyyətlə Suriyadan çıxacağıq”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam