Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Ukraynalı general:“Vaqner” Belarusdan Kiyevə hücum edə bilər"

 “Vaqner” xüsusi hərbi təşkilatının Belarus ərazisindən Kiyevə hücum etmək ehtimalı var”.

Yenixeber.org:  Bunu Ukrayna ordusunun Birləşmiş Qüvvələrinin komandanı general-leytenant Sergey Naev “RBK Ukraina”ya müsahibəsində deyib.

Onun sözlərinə görə, belə bir ehtimal istisna deyil: “Biz başa düşürük ki, düşmənin niyyəti yalnız Rusiyanın ali siyasi rəhbərliyinin qərarlarından asılıdır. Ona görə də belə bir ehtimal var”.

S.Naev bildirib ki, vəziyyət nəzarət altındadır: “Ukrayna kəşfiyyatı vəziyyəti daim izləyir. Konkret olaraq hazırkı situasiyada təhlükə yoxdur”.

General qeyd edib ki, ehtimal edilən təhlükə ilə bağlı müvafiq tədbirlər görülür.

Qeyd edək ki, “Vaqner” iyunun 24-də Rusiyada silahlı qiyama cəhd göstərib. Qiyam uğursuz olub. Bundan sonra “Vaqner”çilər Rusiyanı tərk edib və müvəqqəti olaraq Belarusda yerləşib. Belarus Prezidenti Aleksandr Lukaşenko “Vaqner” döyüşçülərinin bu ölkədə olduğunu təsdiqləyib.

Xatırladaq ki, bundan əvvəl Belarus Müdafiə Nazirliyi Polşa və Litva sərhədində hərbi təlimlərin başlanması barədə məlumat yaymışdı. Polşa və Litva rəsmiləri “Vaqner”in sərhəddə təxribat törədə biləcəyi barədə xəbərdarlıq ediblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam