Redaktor seçimi
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Adı nurçularla hallanan “Aral Group” şirkətindən şikayət var:
Günün xəbəri

Soruşdum ki, oğul, nə yeyib-içirsən? –Əsir anası

“Oğlumun zəng edəcəyini gözləmirdim. Ümidim qırılmışdı, çarəsiz idim. Balamı sağ-salamat görüm. Onun videozəng etdiyini görəndə sevincdən az qala ürəyim dayanmışdı”. 

Yenixeber.org: Bunu açıqlamasında Ermənistanda əsir saxlanılan Azərbaycan Ordusunun əsgəri Aqşin Bəbirovun anası Dürdanə Bəbirova deyib. 

“Telefon zənginə sevinsəm də, onun gəlişini gözləyirdim. Saniyələri iplə çəkdim. Artıq bədənim dərman və iynəni qəbul etmir. Ümidsiz qalmışdıq. Qızıl Xaç Komitəsinə hər gün zəng edib, niyə oğlumdan xəbər olmadığını soruşurduq. Nəhayət, istəyimizi yerinə yetirdilər. Şükürlər olsun, oğlumu gördüm, səsini eşitdim. Aqşindən soruşdum ki, oğul necəsən, neynirsən, nə yeyib-içirsən? O da dedi: “Ana, narahat olma, yeməyimiz var, hər şey yaxşıdır, səbirli olun, gələcəyəm”. Oğlumun səsini eşidəndə kövrəlməmək mümkün deyil. Bacıları da, mən də Aqşinin yolunu gözləyirik”, - deyə əsir hərbçinin anası söyləyib. 

O, övladının tezliklə əsirlikdən azad olunması üçün gecə-gündüz dualar etdiyini deyib: 

“Nə qədər sevinsəm də, balamın gəlişini gözləyirəm. Təəssüflənirəm ki, artıq əsirlikdə olmaları 5 aya keçdi. Niyə və nə səbəbə? Çox narahatıq. Axı nə qədər gözləməliyik. Tezliklə balamı vətəndə görmək istəyirəm. Ümidimiz cənab Prezidentədir. Dözə bilmirik artıq. Bizə dəstək olub, kömək edən yoxdur. Dərman belə ala bilmirik”. 

Qeyd edək ki, ötən gün Ermənistanda əsir saxlanılan Azərbaycan Ordusunun əsgəri Bəbirov Aqşin Qabil oğlu ailəsi ilə əlaqə saxlayıb. 

Xatırladaq ki, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan Ordusunun itkin düşmüş əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən əsir götürülüb. 

Aqşin Bəbirov və Hüseyn Axundov “Ermənistanın dövlət sərhədini qanunsuz keçməkdə, odlu silah və döyüş sursatı daşımaqda" ittiham olunaraq həbs ediliblər. Qondarma məhkəmə prosesində Aqşin Bəbirova 11,5 il, Hüseyn Axundova isə 20 il müddətinə həbs cəzası verilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam