Ukrayna Rusiyanın 6 limanının akvatoriyasında hərbi təhlükə elan edib
Ukrayna Rusiyanın Qara dənizdə yerləşən limanlarının akvatoriyasında gəmilərin hərəkəti üçün hərbi təhlükə elan edib.
Yenixeber.org: Bu barədə Ukrayna Dövlət Dəniz və Çay Nəqliyyatı Xidməti məlumat yayıb.
Bildirilib ki, Anapa, Novorossiysk, Gelencik, Tuapse, Soçi, Taman dəniz limanlarının akvatoriyası hərbi təhlükədədir.
Bu xəbərdarlıq avqustun 4-də verilib və ləğv olunana qədər qüvvədə qalacaq.