Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Rusiya Ukraynanı Azov və Qara dənizə həsrət qoydu –Həm hava, həm də su yollarını bağladı

  
Rusiya Qara dəniz və Krımın üzərində yerləşən ərazidə mülki aviasiyanın uçuşları üçün təhlükəli zona tətbiq etdiyini açıqladı. 
Yenixeber.org: Rusiya Müdafiə Nazirliyi Qara dəniz üzərində uçuşların həyata keçirilməsi qaydalarında (NOTAM) dəyişikliklər etdiyini bildirib.
Məlumata görə, ümumilikdə Rusiya 3 NOTAM nəşr edib. Onlar cüzi fərqlərlə aprelin 24-dək qüvvədə olacaqlar. Qara dənizin akvatoriyası üzərindəki uçuş məhdudiyyətlərinin Simferopol rayonunda bir sıra hava yolları tam üst-üstə düşdüyü xəbər verilir. Bu məhdidiyyətlər Krım yarımadası üzərindəkı uçuş zonasına isə şamil olunmur.
 
NOTAM-larda bəzi zonalarda yalnız 11,9 min metrdən yuxarı (yəni mülki aviasiya uçuşlarının səviyyəsinin üzərində), bəzi zonalarda isə 6,1 min metrdən yuxarı ucuşlara icazə verilir.

 
2014-cü ildə Krımın işğalı zamanı Qara dəniz hava sahəsi
 

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi Ukraynanın Qara dəniz akvatoriyasında xarici gəmilərin hərəkətinə də qadağa qoymuş, ABŞ Dövlət Departamenti isə Moskvadan bu qadağanı qaldırmağı tələb etmişdi. 
 
ABŞ Rusiyanın Qara dənizin bəzi hissələrində xarici hərbi və digər dövlət gəmilərinin keçməsinə maneə törətmək niyyətindən narahatdır”, - ABŞ Dövlət Departamentinin bu gün yaydığı bəyanatda belə deyilir.
 
Bəyanatda vurğulanır ki, “Rusiyanın Ukrayna gəmilərinə qarşı təcavüzkar tədbirlərə əl atması və Azov dənizindəki limanlara çıxışın qarşısının alınması Ukraynanın beynəlxalq ticarət əlaqələrinə təsir göstərir".
 
Moskvanın bu qərarını "Rusiyanın Ukraynadakı sabitliyi pozmaq məqsədilə" aparılan "kampaniya" çərçivəsində "proqnozlaşdırılmamış eskalasiya nümunəsi" adlandıran Dövlət Departamenti bildirib ki, ABŞ-ın Ukrayna ilə sərhədlərdə "Rusiyanın hərbi mövcudluğunu artırması haqqında etimad doğuran məlumatlar" ilə bağlı bu vəziyyət "xüsusi narahatlıq doğurur”.
 
Bundan əlavə, Dövlət Departamenti "Rusiyanın təxribatları” qarşısında Ukraynanın sərgilədiyi təmkini “təqdirəlayiq" hesab edir və Moskvanı "regional qüvvələrə qarşı təhdidləri dayandırmağa və güclərini geri çəkməyə" çağırırdı.


 
Rusiyanı Müdafiə Nazirliyinin bildirildiyinə görə isə, Qara dəniz akvatoriyasında cəmi üç rayonunda xarici hərbi və digər dövlət gəmilərinin fəaliyyəti “müvəqqəti” olaraq dayandırılıb və Kerç boğazı ora daxil deyil. Halbuki, həmin 3 rayonda gəmilərin fəaliyyətinin dayandırlması elə Kerç boğazına yaxınlaşmağın qarşısını almaq deməkdir. Üstəlik, Rusiya Müdafiə Nazirliyinin “müqəvvəti” zaman dediyi vaxt nə qədər olsa yaxşıdır – aprelin 21-dən oktyabrın 21-nə qədər.
 
Rusiya Xarici işlər nazirinin müavini Sergey Ryabkovun fikrincə, Rusiyanın Qara dənizin üç rayonunu xarici hərbi və digər gəmilər üçün keçidi dayandırması beynəlxalq konvensiyalara uyğundur.
 
Vaşinqtonun Qara dənizdə su yollarının bağlanması ilə bağlı etirazına Rusiyanın  cavabı, belə görünür ki, hava sahəsini də bağlamaq oldu.
 
Qeyd edək ki, Qara dəniz akvatoriyasında yalnız iki vasitə ilə hərəkət etmək mümkündür: hava və su nəqliyyatı ilə. Rusiya isə bunların ikisini də Ukraynanın üzünə bağlayıb. Bu da Qara dəniz sahildaşı olan bir ölkəni ümumiyyətlə dəniz üzünə həsrət qoymaq mənasına gəlir.
 
Ekspertlərin fikrincə, Rusiya Ukraynanın Qara dəniz sahillərində məskunlaşmış əhalinin cəmi 20%-ni təşkil edən etnik rusların “hüquqlarını” qorumaq adı ilə bölgəni ilhaqa hazırlaşır. Qara dəniz akvatoriyasında həm hava, həm su sahəsinin bağlanması da bu məqsədə qulluq edə bilər.(ovqat)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam