Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

"Yol açıqdır, rüsumunu ödə, yükünü keçir" -Elmar Məmmədyarov

“Prezident Əliyev Qarabağda yaşayan ermənilərə çağırış etdi. Bu, çox mühüm çağırışdır və üzərində işləmək, Azərbaycan vətəndaşı olan ermənilərə sübut etmək lazımdır ki, vətəndaşlığı tam şəkildə qəbul etsələr, bu, onlar üçün daha sərfəli olacaq, nəinki indiki vəziyyətdə yaşamaq”.
Yenixeber.org:  Bunu Azərbaycanın sabiq xarici işlər naziri Elmar Məmmədyarov deyib.
O, sülh prosesinin ləngidildiyi təqdirdə Azərbaycanın atacağı alternativ addımlardan da danışıb:
“Müxtəlif təkliflər var. Laçın yolunda artıq sərhədçilər yerləşdirilib. Növbəti addım gömrüyün yaradılması olmalıdır. İran, Rusiya, Gürcüstanla sərhədi necə qoruyuruqsa, eyni şəkildə Ermənistanla da sərhədi nəzarətimiz altına almalıyıq.
Hansısa ölkələr Azərbaycanı Laçın yolunun bağlı olduğuna görə tənqid etmək istəyirlərsə, yol açıqdır. Rüsum ödə, yükünü keçir. Ermənistan, eyni zamanda, digər ölkələr Azərbaycana hansısa yük göndərmək istəsələr, gərək, Azərbaycanın qanunvericiliyinə uyğun olaraq, gömrük rüsumu ödəsinlər. Bu, siyasi baxımdan o deməkdir ki, Azərbaycanın suverenliyini tam şəkildə qəbul edirlər”.
E.Məmmədyarov ermənilərin Ağdam yolundan imtina etməsi məsələsinə də toxunub: “Bu, bir az gülməlidir. Azərbaycanın mövqeyi tam şəkildə aydındır. Ağdam-Əsgəran-Xankəndi yolu məsələsi də gec-tez həll olunacaq. Ermənilər bunu da qəbul edəcəklər. Çünki başqa yol yoxdur. Ayrı imkanları da olmayacaq”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam