Redaktor seçimi
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Günün xəbəri

Rusiya XİN:“Cənubi Qafqazda dayanıqlı sülh və razılaşma üçün hər şey edirik”

“Rusiya regionda Azərbaycan və Ermənistan arasında dayanıqlı sülh və razılaşmaya nail olunması üçün hər şey edir”.

Yenixeber.org: Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

O bildirib ki, Ukrayna ilə müharibə fonunda Rusiyanın xarici siyasətində bəzi istiqamətlərin daha az prioritet olması ilə bağlı fikirlərin heç bir əsası yoxdur.

M.Zaxarova əlavə edib ki, Rusiya Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinin təşviqinə tam sadiqdir: “Rusiya regionda Azərbaycan və Ermənistan arasında dayanıqlı sülh və razılaşmaya nail olunması üçün hər şey edir. Biz Cənubi Qafqazla bağlıyıq və digər öhdəliklərimizi də yerinə yetiririk”.

Onun sözlərinə görə, Rusiyanın iştirakı ilə yüksək səviyyələrdə silsilə görüşlər keçirilib və bu mənada Moskvanın fəallığının azalmasından söhbət belə gedə bilməz.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam