Zelenski Baxmuta getdi
Ukrayna Prezidenti Volodimir Zelenski Donetsk vilayətinin Baxmut şəhərinə gedib.
Yenixeber.org: Bu barədə o, özünün teleqram kanalından yazıb.
Zelenski hərbçilərlə görüşüb, əməliyyat şəraiti ilə tanış olub.
O, göstərdikləri qəhrəmanlığa görə ukraynalı hərbçilərə təşəkkür edib.