Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Soledar uğrunda döyüşlər şiddətlənir - Kiyev tanklara ümid edir

   Ukraynanın Donetsk vilayətində yerləşən Soledar şəhəri uğrunda şiddətli döyüşlər davam edir.

Yenixeber.org: Rusiyanın “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin şəhərin, demək olar ki, tam ələ keçirildiyini, ancaq şəhərdə qalan ukraynalı hərbçilərin ətrafa səpələndiyini və mərkəzdə döyüşlərin davam etdiyini bildirib.

Rəsmi Ukrayna Rusiyanın irəlilədiyini təsdiqləyib. Dünən axşam Ukrayna Prezidenti Volodimir Zelenski döyüşlərin davam etdiyini, Ukrayna Baş Qərargahı isə rusların hücum zamanı ciddi itkilər verdiyini bildirib. Müdafiə nazirinin müavini Anna Malyar isə deyib ki, ruslar öz cəsədləri üzərində hərəkət edirlər.

Ukraynanın şərq hərbi komandanlığının sözçüsü Sergey Çerevatyi yerli televiziyayaa bildirib ki, Soledarda davamlı atışma gedir: “Düşmən təşəbbüsü ələ almağa və hücuma keçməyə çalışır. Lakin onlar bizim müdafiəmizi yarıb keçə bilmirlər”.

Hələlik rəsmi Moskva şəhərin tam ələ keçirildiyini təsdiqləməyib. Rusiyanın bu istiqamətdə üstünlüyü müşahidə olunur, gec-tez şəhərin tam işğalının başa çatacağı gözlənilir.

             Soledar şəhəri niyə əhəmiyyətlidir? 

Müharibədən əvvəl təxminən 10 min əhalisi olan Soledarda böyük həcmdə duz mədənləri və gips yataqları var. Mədənlərin dərinliyi 200-300 metrdir, istismar üçün 300 kilometr uzunluğunda tunel şəbəkəsi yaradılıb. XIX əsrdən etibarən istifadə edilən mədənlərdən ümumilikdə 300 milyon tona yaxın duz hasil edilib, müəssisələrdən 20 ölkəyə duz ixrac edilib. 

ABŞ Proqojinin şəhərdəki duz və gips müəssələrinə nəzarət etmək istədiyini düşünür. Ekspertlər deyir ki, mədənlərin iqtisadi əhəmiyyəti ilə yanaşı ciddi hərbi potensialı da var. Rusiya buradan starteji raketləri yerləşdirmək üçün istifadə edə bilər. Tunellər hər dərin, həm də uzundur, Ukraynanın hazırkı silahlarla onları vurması çətindir.

Soledar, həmçinin aylardır döyüşlərin davam etdiyi Baxmutdan cəmi 10 kilometr məsafədə yerləşir. Ekspertlərin sözlərinə görə, ruslar şəhəri ələ keçirib Baxmuta hücumu gücləndiriləcək və onu mühasirəyə almağa cəhd edəcək. Baxmut uğrunda 5 aya yaxındır döyüşlər gedir. Ruslar şəhəri ələ keçirə bilsə, Kramatorsk və Slovyanska istiqamətinə yol açılacaq. Baxmut həm də Ukrayna üçün əhəmiyyətli hesab edilən avtomobil və dəmir yolu xətlərinin kəsişməsində yerləşir. Şəhər güclü raket zərbələrindən xarabalığa çevrilib

Eyni zamanda, Soledar və Baxmut şəhərlərinin ələ keçirilməsi Rusiya üçün psixoloji əhəmiyyət daşıyır. Xarkov və Xersonda ağır məğlubiyyətə uğradıqdan sonra Rusiya qələbəni həm ölkə daxilində təbliğat üçün, həm də orduda hərbçilərin əhval-ruhiyyəsini qaldırmaq üçün istifadə edə bilər.

            Rusiya Ukraynadakı ordu komandanlığını dəyişir

Ukraynanın şərqində ağır itkilər verən Rusiya buradakı qoşunların komandanlığını gözlənilmədən dəyişib. Ölkənin Baş Qərargah rəisi Valeri Gerasimov üç aya yaxımdır Ukraynadakı müharibəyə rəhbərlik edən Sergey Surovikini əvəz edib. Surovikinin vəzifəsi azaldılıb və Gerasimovun üç müavinindən biri təyin edilib. Rəsmi Moskva 11 ay ərzində Ukraynadakı qoşunların komandanının üçüncü dəfə dəyişməsini hərbi kampaniyanın əhəmiyyəti ilə izah edib. Ekspertlər Surovikinin hərbi uğursuzluqlara görə günah keçisinə çevrildiyini bildirir. Müşahidəçilər Gerasimovun müharibəyə rəhbərlik etməsini də bunun əlaqələndirir. Belə ki, Rusiya Ukraynada məğlib olacağı təqdirdə, bütün məsuliyyət Gerasimovun üzərində qalacaq.

                     Kiyev tanklara ümid edir

Rusiyanın hərbi kampaniyaya rəhbərlik edən komandanı dəyişməsi və Soledar uğrunda dğyüşlərin şiddətlənməsi Qərb ölkələrinin Ukraynaya ağır zirehli texnika və tankların tədarükü barədə qərar qəbul etməsi fonunda baş verir.

Dünən Lvovda səfərdə olan Polşa prezidenti Anjey Duda ölkəsinin Ukraynaya “Leopard 2” tanklarını təhvil verəcəyini bildirib. Bundan əvvəl ABŞ, Fransa və Almaniya Ukraynaya zirehli döyüş maşınları və yüngül tanklar verəcəyini bəyan edib.

Zelenski bu gün bildirib ki, Ukrayna Silahlı Qüvvələri Baxmut və Soledardan geri çəkilməyəcək, ərazi Qərbin texnikası və silahları ilə gücləndiriləcək.(modern)

Akif İsmayılov


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam