Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

“BAXMUT TƏLƏSİ” BAĞLANIR –Ukrayna Ordusu şəhəri tərk etməyə hazırlaşır, amma...

Yenixeber.org: Bunu ABŞ Müharibə Araşdırmaları İnstitutu Baxmut ətrafındakı vəziyyətlə bağlı son hesabatında bildirib.

Qeyd edək ki, hələ fevralın 28-də Volodimir Zelenskinin müşaviri Aleksandr Rodnyanski Ukrayna Silahlı Qüvvələrinin Baxmutu tərk edə biləcəyi barədə açıqlama vermişdi. Zelenskinin özü də buna eyham vurmuşdu. Bununla yanaşı, Rodnyanski qeyd etmişdi ki, ukraynalılar Baxmutdan çıxsa belə, bu, Rusiya qoşunlarının asanlıqla, maneəsiz şəkildə şəhərə yiyələnəcəyi anlamını daşımır. Çünki Ukrayna qoşunları şəhərin müdafiəsi çətin olan hissələrini tərk edəcək və Baxmutun həndəvərindəki əvvəlcədən hazırlanmış daha əlverişli mövqelərə yerləşəcək.

Artıq məlum olub ki, martın 3-də Baxmutdan çıxışda və Baxmut çayının üzərində yerləşən iki körpü Ukrayna Ordusu tərəfindən partıladılıb. Bu, rus qouşunlarının şəhəri iki yerə bölən Baxmut çayının Qərb sahilinə keçidini çətinləşdirir, hətta mümkünsüz edir. Mütəxəssislər onu da xüsusi qeyd edirlər ki, Baxmutun həndəvərindəki əsas yüksəkliklər Ukrayna Ordusunun nəzarətindədir və həmin mövqelərdən şəhərə hücum edən rus qoşunlarını daimi artilleriya zərbələri altında saxlamaq asandır. Elə indiyə kimi şəhər uğrunda gedən döyüşlərdə də məhz bu mövqelərdən endirilən artilleriya zərbələri Rusiya ordusuna və “Vaqner” dəstələrinə kütləvi itkilər verib.



Əksər hərbi ekspertlər ümumiyyətlə, sözügedən bölgədəki hərbi əməliyyatları “Baxmut tələsi” adlandırırlar ki, bu da təsadüfi deyil. Bitərəf xarici mənbələrin də təsdiqlədiyi kimi, təkcə Baxmut və Soledar uğrunda gedən döyüşlərdə Rusiya ordusu 30 mindən artıq canlı qüvvə itirib. Özü də bu qüvvələr rus ordusunun ən döyüş qabiliyyətli və nisbətən motivasiyalı hissələri sayılırdı. Ukrayna tərəfinin bildirdiyinə və bir çox ekspertlərin təsdiqlədiyinə görə, bu döyüşlərdə tərəflərin canlı qüvvə sarıdan itki nisbəti birin yeddiyə olub. Yəni, Rusiya tərəfinin itkiləri qarşı tərəflə müqayisədə yeddi dəfə(!) çox olub. Bu da onunla əlaqələndirilir ki, zatən hücum edən tərəfin itkiləri müdafiə olunanla müqayisədə adətən birin üçə nisbətində olur, digər yandan, Rusiya komandirləri canlı qüvvəyə heç də canlı insanlardan ibarət birliklər kimi yox, sürü kimi baxdığından, lazımi səviyyədə silah, hərbi texnika təminatı olmadan onları “ət maşını”na göndərir. Həmçinin, bu müharibədə artıq Rüstəm Muradov tipli rus generalları dəfələrlə nə dərəcədə “dahi sərkərdə” olduqlarını, çox pis hazırlanmış hücumlarda mənasız yerə yüzlərlə, minlərlə əsgəri bir döyüşdəcə güdaza vermək bacarıqlarını nümayiş etdiriblər. Hətta “Vaqner”-in başçısı Yevqeni Priqojin də Baxmut yaxınlığındakı döyüşçülərinin qalaq-qalaq meyitlərinin fotolarını dərc edib.


Onu da qeyd etmək lazımdır ki, Rusiya Prezidentinin “azad etməyi” əmr etdiyi Donetsk vilayətinin hələ Baxmutdan da böyük daha 5 iri “azad edilməmiş” şəhəri var. Nəzər alsaq ki, Baxmut uğrunda döyüşlər may ayından etibarən, yəni 10 aydan artıqdır davam edir, o zaman bu templə Donetsk vilayətinin sərhədinə çıxmaq üçün rus ordusuna azı 4 il vaxt lazımdır. Nəzərə alsaq ki, Qərbin Ukraynaya silah tədarükü getdikcə güclənir və Kiyevə daha effektli silahlar – tanklar, uzaq mənzilli mərmilər, raketlər və s. verilir, Rusiya isə ümidini İrana, Şimali Koreyaya bağlayır, o zaman rus ordusunun uğur perspektivlərini qiymətləndirtmək çətin olmaz...

Ukrayna Ordusu rəhbərliyinin planlarına gəlincə, mütəxəssislər bildirirlər ki, məqsəd Baxmut kimi cəbhələrdə Rusiyanın mümkün qədər böyük sayda canlı qüvvəsini və hərbi texnikasını “üyütmək”, rus qoşununun hücum potensialını sıradan çıxarmaqdır. Buna da uğurla nail olunur.

O da qeyd olunur ki, Ukrayna Baş Qərargahı müdafiə döyüşlərinə xeyli müddətdir hazırladığı yeni hücum briqadalarını cəlb etmir. Əksinə, bu briqadaları hərtərəfli şəkildə gücləndirməkdə davam edir və onları Baxmut istiqamətinə atmır. Məqsəd bu qüvvələri xeyli vaxtdır barəsində danışılan və yazın son aylarında başlanacağı gözlənilən Melitopol, yaxud başqa bir istiqamətdə hücuma hazırlamaq, o vaxta qədər isə Baxmut cəbhəsində mümkün qədər çox düşmən qüvvəsini məhv etməkdir.

Bir sözlə, belə görünür ki, ”Baxmut tələsi” bağlanmaq üzrədir. Qarşıda isə təkcə Donetsk vilayətində onun kimi azı 5 iri “tələ” var. Onların hamısını adlamağa isə Rusiya hərbçilərinin nə gücü, nə potensialı, nə də həvəsi, motivasiyası olacaq. Təkcə onu qeyd etmək lazımdır ki, rusiyalıların az qala 90 faizi heç Baxmutun hansı istiqamətdə olduğunu bilmir, onun tutulmasının hansı əhəmiyyət daşıdığı isə onlar üçün maraqlı deyil. Ona görə də şəhərin işğalını az qala “ümumrusiya bayramı” kimi təqdim etmək mümkün olmayacaq.

Yeri gəlmişkən, əksər ekspertlər bu şəhərin heç bir fövqəladə hərbi əhəmiyyət daşımadığını qeyd edirlər və onun uğrunda verilən qurbanların isə yalnız Kremlin siyasi sifarişinin güdazına getdiyini bildirirlər.

O ki qaldı Baxmutun bundan sonrakı taleyinə, bu, Ukrayna Ordusunun əks-hücuma keçməsindən sonra bəlli olacaq və böyük ehtimalla onun da taleyi vaxtilə rusların işğalını bayram etdikləri Xerson, İzyum, Liman və digər şəhərlərin taleyi kimi olacaq. “Azpolitika”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam