Azərbaycan XİN başçısı gələn həftə Türkiyəyə səfər edəcək
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iyulun 31-də Türkiyəyə səfər edəcək.
Yenixeber.org: Bu barədə Azərbaycanın Türkiyədəki Səfirliyindən bildirilib.
Səfər çərçivəsində Ankarada Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin birgə mətbuat konfransı keçiriləcək.