Redaktor seçimi
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Günün xəbəri

İran əhalisi sürətlə yoxsullaşır

 
İranda yoxsulluq vəziyyətində yaşayan əhalinin sayı 28 milyona çatıb və onların sürətlə yoxsulluq həddindən də aşağı düşməsinin davam etməsi “sosial ziyan təhlükəsi” təbilini çalır.
Yenixeber.org:  Son on ildə cəmiyyətin bəzi təbəqələrinin iqtisadi çöküşü marginallaşmanın, narkomaniyanın, korrupsiyanın, böyük şəhərlərə miqrasiyanın artmasına və digər sosial zərərli nəticələrə gətirib çıxarıb.
“7-ci İnkişaf planında bu vəziyyəti təşkil edib ciddi məşğul olmasaq, tezliklə sosial sağlamlıq sahəsində ciddi böhranla üzləşəcəyik. Yeddinci İnkişaf planı qanun layihəsində sosial zərərlə bağlı müddəalar “Altıncı İnkişaf planı” qanunu ilə müqayisədə nəinki tam deyil, həm də onların keyfiyyəti aşağıdır. Belə ki, yeddinci planda sosial zərərin ödənilməsi və təqibi ilə bağlı müddəaların deqradasiyaya uğradığını söyləmək olar”, - Pirhadi deyib.
Bundan əvvəl İslam Şurasının Tədqiqat mərkəzi bu ilin iyun ayında 2011-2021-ci illər arasında İranın yoxsul əhalisinin təxminən 11 milyon artdığını açıqlamışdı.
“Məclis” araşdırma mərkəzinin hesabatında isə 2005-ci ildən başlayaraq İranda artan yoxsulluq səviyyəsi 2017-cim ildən bəri 30%-i keçib ki, bu da ölkə əhalisinin təqribən 1/3-nin yoxsulluq həddinin altında olması deməkdir.
“Yoxsulluq həddi” ev təsərrüfatlarının minimum zəruri ehtiyaclarını ödəyən gəlir səviyyəsidir. Yoxsulluq həddindən aşağı olan gəlir “mütləq yoxsulluq” adlanır ki, bu da ev təsərrüfatlarının və fərdlərin gündəlik kalorilər də hesablanmaqla, zəruri ehtiyaclarını ödəmək üçün minimum gəlirdən məhrum olması deməkdir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam